AzPMA – Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası


Logo AzPMA.jpgBu gün layihələrin idarə edilməsi sahəsi ayrı peşəkar bir fəaliyyət növü kimi qəbul edilir və sertifikatlaşdırılır. Bu sahə təşkilat, eləcə də fərdi şəxslər üçün mühüm aparıcı qüvvə hesab edilməyə başlayır.

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası Azərbaycanda Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (IPMA) milli nümayəndliyidir, eləcə də beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.

AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA rəqəmlərdə:

  • 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil edilmişdir;
  • 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir;
  • Ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələri cəlb edilmişdir;
  • 180-dən artıq mütəxəssis IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir


AzPMA-nın missiyası Azərbaycanda layihələrin idarə edilməsi beynəlxalq standartları əsasında biznes idarəetmə metodlarının formalaşdırılmasından ibarətdir. Bununla da, müştərilərin dayanıqlı inkişafını və onların yüksək biznes mənafeyini təmin etmiş oluruq.


Fəaliyyətimizin əsas istiqamətləri:

  1. Azərbaycan Respublikasında layihələrin idarə edilməsi üzrə beynəlxalq standartların tətbiqi, təşviqatı və milli sistemlərlə uzlaşdırılması.
  2. IPMA-nın beynəlxalq standartları əsasında layihələrin idarə edilməsi sahəsi üzrə menecerlərin (Layihə Menecerlərinin) hazırlanması və sertifikatlaşdırılması.
  3. Layihə Menecerləri üçün tədrisin təşkili.
  4. Üzvlər üçün münasib şəraitin yaradılması və AzPMA-nın üzvlük klubunda Layihə Menecerlərinin təcrübə mübadiləsinin təşkil edilməsi.
Əlaqə: info@ipma.az, +99-412-404-18-60

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.