Tariximiz

IPMA-nın (daha əvvəllər INTERNET) təcrübə mübadiləsi qədim tarixə malikdir. Hər şey 1964-cü ildən başlamışdır. Fransada avropa təyyarəsi layihəsinin meneceri Pyer Koç idarəetməyə yanaşma kimi böhranlı yol üsulunun üstünlüklərini müzakirə etmək üçün Hollandiyadan Dika Vulinqs və Almaniyadan Roland Quçu dəvət etmişdir. Bu yol beynəlxalq sponsorlu, qeyri-müəyyən nəticəli, eləcə də mürəkkəb təsirli və müxtəlif texniki tapşırıqlardan asılı olan iri layihələrin idarə edilməsi üsulunu göstərdi. Bu qrup AFICO-dan (Association Française d'Informatiqueet de Recherche Opérationnelle) olan İv Yudjin tərəfindən təsis edilmişdir. Professor Arnold Kaufman Internet (INTERnational NETwork) adı altında beynəlxalq şəbəkənin formalaşmasını təklif etmişdir. 


1965-ci ildə bu şəxslər IMSA (International Management Systems Association) – Beynəlxalq idarəetmə sistemləri assosiasiyasının əsasını qoymuşdular. Şirkətlərdən ayrı olan bu Assosiasiya İsveçrədə təsis edilmişdir, belə ki, o zamanlar bu ölkə “Soyuq müharibə” dövrünə görə Qərbi Avropada ən nüfuzlu və siyasi cəhətdən neytral ölkə hesab edilirdi. İki il sonra, Çexoslavakiyadan olan elmi layihə idarəediciləri qrupu bütün ölkələri Praqada “Şəbəkənin təhlili üsulları” mövuzusunda keçiriləcək ilk görüşə dəvət etdilər. Həmin günlər fəlsəfə doktoru Vladimira Machova siyasi rəsmilər qarşısında ev sahibliyi etdi. Daha sonra, Professor Klaud Berg-in Romada yaratdığı Beynəlxalq Kompüter Mərkəzinin sponsorluğu ilə Vyanada Beynəlxalq Dünya Konqresi keçirildi. Bundan sonra assiasiyanın rəsmi adı INTERNET olmuşdur. 

1967-ci ildə iki yaşlı INTERNET cəmiyyəti Vyanada ilk Beynəlxalq Avropa Internet Konqresini keçirmişdi.


1989-cu ildə: layihə, proqram və portfellərin idarə edilməsi sahəsi üzrə mütəxəssislərin biliklərinin inkişaf etdiirilməsi üçün kvalifiksiyanın artırılması kurslarına start verilir. 

1996-cı ildə: Parisdə 13-cü Dünya Konqresi keçirilmişdi.  INTERNET adında digər bir sistemin mövcud olmasına görə, İdarə heyəti (ExBo) bu adı IPMA - Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası (bizim üçüncü və cari adımız) adı ilə əvəz etdi, lakin loqotip olduğu kimi saxlanıldı.   

 1998-ci ildə IPMA fərdlərin sertifikatlaşdırılması proseduruna başlayır və International Competence Baseline vəsaitinin 1-ci versiyası nəşr edilir. 

 2002-ci ildə IPMA bazara IPMA International Project Excellence Award layihəsini çıxarır.

2012-ci ildə IPMA IPMA Delta vasitəsilə təşkilatların qiymətləndirilməsi və sertifikatlaşdırılmasını təklif edir. 


2015-ci ildə IPMA 2020-ci ilin Strategiyasını müəyyənləşdirir.

Bununla da, əlli ildən artıq fəaliyyət göstərən IPMA bütün dünya üzrə layihələrin idarə edilməsi peşəsinin inkişaf etdirilməsi üzrə fəaliyyətini davam etdirir. IPMA qlobal düşünürək, regional və yerli səviyyədə çalışan unikal beynəlxalq şəbəkədir. Bundan əlavə, kompetensiya üzrə sertifikatlaşdırma – assosiasiyaların üzvlük şəbəkəsi, tədris provayderləri, nəşrləri, tədbir təşkilatları və s. vasitəsilə hərtərəfli olaraq portfel xidmətlərini və məhsullarını dəstəkləyir. IPMA-nın qlobal şəbəkəsi hörmət qazanmaq, öz şəbəkəsi, əməkdaşları və dostları ilə müxtəlif münasibətlərin qurulması üzrə əsasını qoymuşdur. Bu gün IPMA əlli il bundan öncə yaradılmış və əsası qoyulmuş şəbəkənin inkişaf etdirilməsini qoruyub saxlayır. Biz hamımız IPMA ailəsinin tarixi və nailiyyətləri ilə fəxr edirik. Hər birimiz xanımlara, bəylərə və təşkilatlara minnətdarlığımızı bildiririk ki, onlar bu uğurlu tarixdə öz zamanını, gücünü, məntiq və peşəkarlığını töhfə verərək, gözəl başlanğıc üçün böyük potensial bəxş etmişdir. 


50-İLLİK – YUBİLEY KİTABI

Bu rəngarəng cildli və həcmli kitab IPMA nailiyyətlərini qeyd etmək və gələcək haqda məlumat vermək üçün bir vasitədir. Bu kitab – IPMA-nın əlli-illiyinin, peşəkar cəmiyyətdə layihələrin idarə edilməsinin inkişafı dərəcəsinin qeyd edilməsidir. Həmçinin, bu kitab – illərlə uğur axtarışında olan bir çoxları üçün ilkin vəsaitdir. IPMA-nın bütün tarixi IPMA-nın 50-illik yubileyinə həsr edilmiş kitabda dərc edilmişdir. Kitab Panamada keçirilən Dünya Konqresində (2015) IPMA cəmiyyəti arasında paylanmışdır. Odur ki, əgər Siz IPMA ilə yenicə tanış olmusunuzsa və ya artıq illərdir ki, bizim ailənin üzvüsünsə, o zaman bu kitab Sizin üçün maraqlı, əyləncəli, informativ və həvəsləndirici olacaqdır. Siz onu vaxtaşırı olaraq, IPMA və onun milli orqanlar ilə qlobal dostluq diapozonunu öyrənərək məlumat əldə etmək üçün sorğu kitabçası kimi də istifadə edə bilərsiniz. 

KİTABI BURADAN YÜKLƏYƏ BİLƏRSİNİZ
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.