az en  ru 
Babayev
AzPMA-nın təsisçisi və prezidenti

TƏRCÜMEYİ - HAL


1964-cü ildə Azərbaycanda anadan olmuşdur.

1986-cı ildə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin (KMİMU) "Avtomatlaşdırma və informasiya texnologiyaları" fakültəsini bitimişdi.

1986-1992-ci illər ərzində Universitetin texnoloji proseslərin avtomatlaşdırılması kafedrasında elmi-tədqiqat və tədris işləri ilə məşğul omuşdur.

1990-cı ildə "Texnoloji proseslərin idarə edilməsi sistemlərinin avtomatlaşdırılması" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir

1992 - 2001-ci illərdə tələbə qəbulu üzrə dövlət komissiyasında kompüter əməliyyatlarının idarə edilməsi bölməsinin rəhbəri işləmişdir.

1999-cu ildə Layihələrin idarə edilməsi beynəlxalq assosiasiyasının (IPMA) Azərbaycanda rəsmi sertifikatlaşdırma orqanı və milli assosiasiyası olan Layihələrin idarə edilməsi Azərbaycan Assosiasiyasının (AzPMA) təsisçisi olmuşdur. Assosiasiyanın prezidneti vı IPMA direktorlar şurasının üzvüdür. "IPMA-nın Birinci Asessoru" adını almışdır. Azərbaycanda IPMA-nın beynəlxalq sertifikatlaşdırma proqramının rəhbəridir, bu sertifikatlaşdırma proqramı çərçivəsində 3000-dən artıq mütəxəssis hazırlanmış və onlardan 236 mütəxəssis IPMA-nın beynəlxalq sertifikatını almışdır.

2001-ci ildə ali məktəblər üçün layihələrin idarə edilməsi üzrə tədris proqramını hazırlamış və bu proqramı Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında idarəedici kadrlar üçün tətbiq etmiş və mühazirə oxumuşdur. Hazırda bu proqram üzrə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Akademiyası və Ukraynanın müxtəlif ali məktəblərində kadr hazırlığı həyata keçirilir.

2001-2008-ci illər üzrə Azərbaycan Respublikası Mərkəzi Seçkilər Komissiyasının"SEÇKİLƏR" İnformasiya Mərkəzinin direktoru vəzifəsində çalışmışdı.

2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda "Layihələrin idarə edilməsi texnologiyası" laboratoriyasına rəhbərlik etmişdi.

2006-cı ildə KMİMU-da doktorluğu müdafiə edərək "Layihələrin və proqramların idarə edilməsi" ixtisası üzrə texniki elmlər doktoru dərəcəsini almışdı. Dünyada "Layihələrin genetik modeli" elmi istiqaməti üzrə müəllif olaraq, Ukraynanın Ali Attestasiya Komissiyası tərəfindən qiymətləndirilmişdir.

KMİMU-da Layihə Menecmenti kafedrasının professorudur.

Ukraynada dissertasiyaların müdafiəsi üzrə mütəxəssisləşdirilmiş şuranın üzvüdür.

2006-2008-ci illər üzrə Kiyev şəhərində Ukraynanın «ICD Investment» İnvestisiya şirkətində Layihə Ofisinin rəhbəri olmuşdu.

2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında doktorluq dissertasiyasını müdafiə etmiş və Azərbaycanın Ali Attestassiya Komissiyası tərəfindən verilmiş texniki elmlər doktoru elmi dərəcəsini almışdır.

2013-cü ildən Azərbaycan Texniki Universitetinin (ATU) professorudur.

2014-cü ildən ATU-nun nəzdində yerləşən "Layihələrin idarə olunması və innovasiyalar" Mərkəzinin təsisçisi və rəhbəridir.

Layihələr və proqramlar

Karyerası dövründə İqbal Babayevin idarə etdiyi və yaradılmasında iştirak etdiyi 20-dən çox irimiqyaslı proqram və layihələrin sırasına aşağıdakılar daxildir:

  • Azərbaycanın Ali məktəblərinə qəbul üçün yaradılmış avtomatlaşdırılmış dövlət test sistemini (TQDK)
  • “Seçkilər” adlı avtomatlaşdırılmış dövlət məlumat sistemi
  • Heydər Əliyəv adına Müasir Təhsil Kompleksi
  • Azərbaycan gömrük sisteminin vahid avtomatlaşdırılmış idarə etmə sistemi, gömrük sistemində “Vahid pəncərə”, Azərbaycanın “e-Customs” adlı elektron gömrüyü və sair

2010-cu ildə BMT-nin Məşvərət Komitəsinin Asiya və Sakit okean ölkələrinin Kağızsız Ticarət üzrə Milli Ekspertlərin Vahid Şəbəkəsi qrupunun üzvü seçilib

MDB ölkələrinin Gömrük İdarələrinin Rəhbərləri İttifaqının “MDB-nin gömrük idarələrinin vahid informasiya sisteminin” yaradılması üzrə iş qrupunun rəhbəridir.

Orta Asiya ölkələrində (Tacikistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstan) ticarətin təkmilləşdirilməsi üzrə layihələrin eksperti olub.

60-dan çox ölkədə keçirilən Beynəlxalq Konfranslarda öz hesabatları ilə iştirak edib. Layihələrin idarə edilməsi üzrə Dünya konqressinin təşkilatçılarından biridir. Bundan əlavə, Azərbaycanda keçirilmiş “İlin ən yaxşı layihəsi - İntellekt” adlı konkurs layihəsinin müəllifidir.

Elmi fəaliyyəti

20 ildən çoxdur ki, Azərbaycanın və Ukraynanın müxtəlif universitetlərində mühazirələr keçirir, 6 monoqrafiya və 80 ədəd elmi məqalənin müəllifidir.

Monoqrafiyalar:

  1. Layihənin genetik modeli əsasında müəssələrin inkişafı proqramlarının idarə edilməsi. – 170 səh. Kiyev.
  2. Layihələrin idarə edilməsi metodologiyası – 300 səh., Bakı.
  3. Layihələrin idarə edilməsi – 120 səh., Bakı.
  4. Layihələrin idarə edilməsi üzrə peşəkar biliklərin əsasları – 110., Bakı.
  5. Layihələrin və proqramların idarə edilməsinin kreativ texnologiyaları (müəlliflərdən biri) – 768 səh., Kiyev.
  6. Layihə menecerinin yol xəritəsi – 192 səh., Bakı.

Bundan əlavə, İqbal Babayev aşağıdaki nəşrlərlə çalışıb:

  • 2003-cü ildə ümümi elmi redaksiya altında PMBOK PMİ USA kitabının Azərbaycan dilindəki versiyası nəşr olunub.
  • İlk dəfə İnformatika elminin orta məktəblərdə tədrisinin metodologiyasını yaradıb və orta məktəblərdə 1-8 siniflər üçün dərsliklərin müəllifidir.
  • Ali Təhsil Müəssələri tələbəbələri üçün 2 kitab dərc edib.
  • Ali Təhsil Müəssələri tələbəbələri üçün 20 ədəd təlim-metodik işlərin müəllifidir.
  • 6 elmi işi müəllif hüquqları ilə qorunur.

İqbal Babayev 100-ə yaxın müxtəlif publikasiyaların müəllifidir.

  • Rusiyanın “Layihələrin və proqramların idarə edilməsi” adlı elmi jurnalının redaksiya kollegiyasının üzvüdür (Moskva).
  • Ukraynanın “Layihələrin və istehsalatların idarə edilməsi” adlı elmi jurnalların redaksiya kollegiyasının üzvüdür (Kiyev).
  • “Beynəlxalq Humanitar Universitetin elmi qeydi” jurnalının redaksiya kollegiyasının üzvüdür (Odessa).
  • “İT Magazine”, “Uğurların formulu” adlı jurnalların yaradıcısı və müəllifidir (Bakı).

Mükafatlar və fərqləndirici nişanlar

Azərbaycan Respublikasının inkişafına töhvə verdiyi üçün İqbal Babayev aşağıdaki mükafatlara və fərqləndirici nişanlara layiq görülüb:

  • “Vətənə Xidmət” ordeni

  • Azərbaycan Respublikası Prezidenti tərəfindən verilmiş “Dövlət qulluğunda fərqlənmə” medalı

  • 2011-ci ildə “Millətin nüfuzlu ziyalısı” ordeni və diplomuna layiq görülüb
    2010-cu ildə dövlətin “Milli informasiya texnologiyalarının inkişafına töhvə” diplomuna layiq görülüb

  • 2007-ci ildə Rusiya Federasiyasının İdarə Edilməsi Problemi İnstitutunun “2006-cı ilin ən yaxşı elmi işi” diplomuna layiq görülüb.

  • 2005-ci ildə “Azərbaycanın ən yaxşı layihəsi e-Content 2005” milli konkursunun qalibi olmuşdur.
    2004-cü ildə “Azərbaycanın məşhur alimi (Famous scientists of Azerbaijan)” beynəlxalq diplomuna layiq görülüb.


  Assosiasiyanın Prezidenti
Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.