Beynəlxalq sertifikasiya dərəcələri

IPMA A dərəcəsi - Sertifikatlaşdırılmış Layihələr Direktoru

Tələblər: Strateji əhəmiyyət daşıyan portfel və/və ya proqram idarəetməsi sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən, mürəkkəb portfel və ya proqram idarəçiliyi üzrə məsuliyyətli rəhbər vəzifələrdə 3 il və layihələrin idarə edilməsi üzrə 2 il iş stajı.

Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏLƏR DİREKTORU funksiyasını icra edir. Layihələr direktoru layihə idarəçiliyi sahəsində çalısan mütəxəssislərin köməyi ilə, digər layihələrin rəhbərlərinə (menecerlərinə) rəhbərliyi həyata keçirməklə portfel və proqramları idarə etməyi bacarmalıdır:

  • Şirkətin/təşkilatın və ya təşkilatın filialının mürəkkəb portfelinin idarəçiliyinə və ya, bir və ya bir neçə vacib proqramın idarəçiliyinə görə məsuliyyət daşıyır;
  • Strategiyaya köməklik göstərir və yuxarı idarəçiliyə təkliflər verir. Layihə idarəçiliyi personalını inkişaf etdirir və layihə rəhbərlərini (menecerlərini) onların layihələrin idarə edilməsində kompetensiyasını artırmaları üçün təlimləndirir;
  • Layihə menecerlərinə və baş layihə menecerlərinə rəhbərlik edir və portfel və proqram komandasının üzvlərini idarə edir;
  • Proqram və portfel üçün layihə idarəçiliyinin tələblərini, mədəniyyətini, proseslərini, metodlarını, texnikalarını, alətlərini, vəsaitlərini, sorğu kitabçalarını inkişaf və təmin edir.
IPMA B dərəcəsi - Sertifikatlaşdırılmış Aparıcı Layihə Meneceri

Tələblər: Layihələrin idarə edilməsi sahəsi üzrə ən azı 5 il iş təcrübəsi, o cümlədən, mürəkkəb layihələrdə məsuliyyətli rəhbər vəzifələrdə 3 il iş stajı

Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında APARICI LAYİHƏ MENECERİ funksiyasını icra edir. Aparıcı layihə meneceri layihələrin idarə edilməsi şöbəsinin əməkdaşlarının köməyi ilə, bir neçə təşkilatın mürəkkəb layihələri üzərində işləyən əməkdaşlarına rəhbərlik etməyi bacarmalıdır.

  • Mürəkkəb layihələrin bütün layihə idarəçiliyi aspektlərinə və layihə idarəçiliyinin bütün kompetensiya elementlərinə görə məsuliyyət daşıyır;
  • Böyük layihə idarəçiliyi komandasında əsas idarəçilik rolunu oynayır və alt-layihələrin menecerlərinə rəhbərlik edir;
  • Layihə idarəçiliyi adekvat proses, metod, texnika və alətlərindən istifadə edir.
IPMA C dərəcəsi - Sertifikatlaşdırılmış Layihə Meneceri

Tələblər: Məhdud mürəkkəb layihələrin məsuliyyətli rəhbər vəzifələrində layihə idarə edilməsi üzrə ən azı 3 il iş təcrübəsi.
Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏ MENECERİ funksiyasını icra edir. Layihə meneceri məhdud mürəkkəb layihəni və ya onun bir hissəsini aparmağı, və ya müxtəlif təşkilatların məhdud mürəkkəb layihə və ya onun bir hissəsi üzərində işləyən əməkdaşlarına (müştəri və podratçılar da daxil olmaqla) rəhbərlik etməyi bacarmalıdır.

  • Məhdud mürəkkəb layihənin onun bütün aspektlərində idarəçiliyinə və ya mürəkkəb layihənin alt-layihəsinin idarəçiliyinə görə məsuliyyət daşıyır;
  • Layihə idarəçiliyinin ümumi proses, metod, texnika və alətlərini tətbiq edir.
IPMA D dərəcəsi - Layihələrin idarə edilməsi üzrə Sertifikatlaşdırılmış Mütəxəssis

Tələblər: Layihə idarəçiliyi üzrə iş təcrübəsi vacib deyildir. Lakin, namizədin öz biliklərini hər hansı bir səviyyədə təcrübədə tətbiq etməsi üstünlük gətirə bilər.

Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ ÜZRƏ SERTİFİKATLAŞDIRILMIŞ MÜTƏXƏSSİS funksiyasını icra edir. Layihə idarə edilməsi üzrə mütəxəssis layihə idarəçiliyi sahəsində biliklər tətbiq etmək qabiliyyətinə malikdir və layihədə komandanın bir üzvü kimi işə cəlb oluna bilər, lakin onun ümumi bilikləri daha mürəkkəb tapşırıqların icrası üçün kifayət deyildir. Layihə idarəçiliyi üzrə mütəxəssis adətən kollektiv çərçivəsində tapşırıqların icrası üzərində işləyir.

  • Istənilən kompetensiya elementini təcrübədə həyata keçirə bilir. Müxtəlif sahələrdə mütəxəssis qismində çalışa bilər;
  • Layihə komandasının və layihə idarəçiliyi qrupunun üzvü kimi işləyir;
  • Layihə idarəçiliyi üzrə əsas biliklərə və onları tətbiq etmək qabiliyyətinə malikdir.