IPMA A dərəcəsi

Sənədlər

Yeni İPMA sertifikatlaşdırma qaydaları İCR 4 əsasən, IPMA beynəlxalq sertifikatın əldə
edilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

Ərizə forması

Ərizə  (yüklə) IPMA sertifikatlaşdırma proqramının dərəcələrindən birini almaq məqsədilə müraciət edən iddiaçıların identifikasiyası üçün nəzərdə tutulmuşdur. Ərizədə iddiaçı eləcə də sertifikatlaşdırma prosesinin şərtləri və layihə idarəçiliyi üzrə sertifikatlaşdırma prosesini keçən şəxsin öhdəlikləri barədə məlumatlandırıldığını göstərir. Ərizəyə layihə, proqram və portfel haqqında məlumatların təqdim olunması, həmçinin, sertifikatlaşdırmanın keçirilməsi üzrə xidmət haqqının ödənilməsinə cavabdehlik barədə məlumatlar daxildir. İddiaçı eləcə də qeyd edir ki, sertifikat almış mütəxəssislərin siyahısı, sertifikatdan sui-istifadənin və layihə meneceri qismində fəaliyyətin dayandırılmasının nəticələri barədə məlumatların ictimai mənbələrdə dərc olunmasından xəbərdardır. İddiaçı ərizə formasını doldurduqdan sonra onu imzalayır.

Tərcümeyi-hal (СV)

Tərcümeyi-halda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

  • iddiaçı haqqında məlumat;
  • təhsili;
  • peşəkar bacarıqlar;
  • karyera;
  • layihə idarəçiliyi sahəsində treninq və tədris kursları və s.;
  • layihə idarəçiliyi üzrə öyrənilmiş ədəbiyyat;
  • iddiaçının layihə idarəçiliyi üzrə təhsili;
  • iddiaçının layihə idarəçiliyi sahəsində müəyyən mövzular üzrə publikasiyaları;
  • rəy (rekomendasiya) verən şəxslər.
Özünü-qiymətləndirmə vərəqəsi

IPMA sertifikatlaşdırma sisteminin hər bir mərhələsində iddiaçının özünü-qiymətləndirmə vərəqəsini (yüklə) tərtib etməsi səciyyəvi tələbdir. IPMA sertifikatlaşdırma sisteminin tərkib hissəsi olan özünü-qiymətləndirmə namizədə özünün güclü tərəflərini və əlavə diqqət tələb edən sahələrini dəyərləndirməyə kömək edir. Hər bir yeni mərhələdə iddiaçı özünü-qiymətləndirmə vərəqəsini yüksək diqqətlə tərtib etməyi bacarmalıdır. Bu cür qiymətləndirmə namizədə müvafiq tədris və ya hazırlıq kursu seçimində daha əsaslandırılmış qərar qəbul etməyə imkan yaradır.

Rəy məktubları

İddiaçı ona rəy verən 2 (iki) nəfərin adından rəy məktubları təqdim edir (rəy məktublarında rəy verən şəxslərin əlaqə məlumatları göstərilməlidir). Rəy verən şəxs qismində heç olmasa bir nəfər sifarişçinin nümayəndəsi və ya baş meneceri və bir nəfər layihə qrupunun üzvü çıxış etməlidir. Asessorlar məlumat üçün həmin rəy verən şəxslərə müraciət etməlidirlər. Bu, onun kvalifikasiyasını qiymətləndirmək üçün zəruridir.

Layihələr üzrə yekun Hesabat (A, B və C dərəcələr üçün)

Ekspertlər müsahibələrin hazırlığında xülasə hesabatından istifadə edə bilərlər.

A,B,C səviyyələri üçün iddiaçı qiymətləndirmə meyarlarına uyğun maksimum 15 səhifəlik xülasə hesabatı təqdim etməlidir. Hesabata aşağıdakılar daxildir.

  • İddiaçının çalışdığı şirkət təşkilat , şirkətin detalı, sənaye və layihə tipləri, təşkilat və biznesinin vəhdətini təşkil edən əsas məqsədlər
  • Bir səhifəlik nəticə hesabatı, proqramı, portalınn mövcud olan iş qrafikinə, fəza və ehtiyatları ilə əlaqəli şəkildə olmalıdır
  • İddiaçının rolu (təşkilat sxemi, təşkilatın tanınması məqsədilə qurulmuş

sxem, onların idarəçilik layihəsini nə dərəcədə mənimsəməsi, onların xarici və daxili investorlarla əlaqəsi, onların məsuliyyəti)

İmtahan

3.2.12 A, B  CB hər səviyyəsi üzrə təyin olunmuş imtahanlar xüsusi nəzarət qurğuları ilə təchiz olunmuş mühitdə nəzarətçilərin iş prinsipinə uyğun idarə olunur. Namizədlərin şəxsiyyət vəsiqələrinin yoxlanılması şərtlərə daxildir.

 

3.2.13  B səviyyə imtahan şifahi , yazılı və yaxud CB qərarına görə hər iki sertifikat üzrə müəyyənləşdirilə bilər. Təqdim olunan açıq tipli suallar namizədlərə tələb olunan səviyyədə əldə etdikləri bilikləri nümayiş etdirməyə imkan yaradır.Yazılı imtahan 3 saat davam edir. Şifahi imtahan isə 90 dəqiqə davam edir.

 

3.2.14 C səviyyə imtahan yalnız açıq suallardan ibarət yazılı imtahan formasıdır. Suallar namizədlərə tələbolunan səviyyədə əldə etdikləri bilikləri nümayiş etdirməyə imkan yaradır. C səviyyə imtahan 3 saat davam edir.

 

3.2.15 D səviyyə yazılı formada seçim imkanları geniş olan açıq tipli suallardır.Çoxvariantlı sualların hərəsinin minimum 4 variantı var ki, bunların da içərisindən yalnız bir variant seçilə bilər.Qiymətləndirmə zamanı səhv və ya heç cavablandırılmayan suallar düzgün cavabların sayına öz təsirini göstərmir. D səviyyə imtahan 3 saat davam edir.

 

3.2.16 İmtahan nəticələrinin uğurlu və ya namizədin kifayət qədər bacarıqlı olmaması ekspertlərin rəyinə görə müəyyənləşdirilir. Əgər namizəd ümumi keçid balından 5%  və ya az bal toplayarsa imtahan vərəqəsi sərbəst şəkildə digər ekspertlər tərəfindən yenidən yoxlanışa göndərilir və qiymətlər müqayisə edildikdən sonra yekun qiymət çıxarılır.

Hesabat

Namizədlər A və B səviyyə imtahan nəticələrinə və ən xırda təfərrüatı ilə təqdim etdikləri hesabata görə qiymətləndirilirlər. Bu hesabat namizədin ərizəsində qeyd olunan əsas yekun hesabatla əlaqələndirilir.

Hesabat iddiaçının bacarıq elementlərinin başqalarının rəhbərliyi altında tətbiq edildiyini göstərir. Burada maksimum 15 səhifədən ibarət mətn və 15 səhifəlik nəticə yerləşdirilə bilər. Hesabat ümumi şifrə ölçüsünə müvafiq qaydada 11 tam ölçüdə qeyd edilməlidir.

 

Background: Namizəd məzmunda göstərilən layihə, program və ya portalın hər xırda təfərrüatını təmin etməklə, şirkət təmsilçisinin hədəfi, potensialı və layihə, proqram və ya portal təşkilatlar, şirkətlər birliyi və hətta hər bir insan resursları üçün məsuliyyət daşıyır.

Layihə proqram və ya portal idarəetmə nizamnaməsi:

  • Namizəd idarəetmə nizamnaməsini layihə, proqram və ya portal ilə əlaqədar bacarıq elementlərinin səviyyələrə görə tətbiq olunmasını təmin edir.
  • Nizamnamənin bir hissəsi olaraq hesabatda namizədin təcrübəçi olduğu yerin ünvanı qeyd olunmalıdır.
  • Bütün bunlar məsləhət sayəsində əldə edilmiş nəticələrdə və yaxşı mənimsənilmiş dərslərdə əksini tapır.

Namizəd öz hesabatında bütün 3 (üç) kompetensiya üzrə müəyyən elementləri əks etdirməlidir. Aşağıdakı cədvəldə hesabatda hər bir kompetensiya üzrə əks etdirilməli olan kompetensiya elementlərinin minimal sayı göstərilmişdir:

Hesabatın səhifələrinin sayı şriftin 11 pt ölçüsü ilə göstərilmişdir.

Əlavələrdə hesabatın müddəaları acıqlanmalıdır, məsələn, tədbirlərin keçirilmə qrafiki. Hesabatın mətninə onlara keçidlər daxil edilməlidir. Əgər bəzi tərkib kvalifikasiyalar layihə, proqram və ya portfel üçün vacib deyilsə, o zaman, müsahibə zamanı namizəddən bunun izahı (nə üçün bu baş verib və namizəd onları digər layihə, proqram və portfellərdə istifadə edərdi) soruşulmalıdır.