Sertifikatlaşdırma

AzPMA Azərbaycanda IPMA-nın rəsmi nümayəndəliyi və layihə menecerlərinin beynəlxalq səviyyədə sertifikatlaşdırılması üzrə yeganə orqandır.

Assosiasiyamız IPMA beynəlxalq sertifikatlaşdırma üzrə üç istiqamətdə xidmət göstərir: 

1.      Layihə menecerlərinin sertifikatlaşdırılması (IPMA PM certification)

2.      Layihələrin idarə edilməsi üzrə konsultantların sertifikatlaşdırılması  (IPMA PM Consultant Certification)

3.      Şirkətlərin sertifikatlaşdırılması (IPMA Delta)

IPMA-nın dörd dərəcəli layihə menecerlərinin qiymətlnədirilməsi proqramı dünyada liderdir və peşəkar cəhətdən zəruri hesab olunur. 2014-cü ilin sonunda IPMA-nın bütün dünya üzrə 250 000 nəfərə yaxın sertifikatlaşdırılmış mütəxəssisi olmuşdur ki, onlardan təxminən 75 000 nəfəri peşəkar dərəcəni əldə etmişdilər.

Bura IPMA уровень A® (Sertifikatlaşdırımış direktor), IPMA Level B® (Sertifikatlaşdırılmış aparıcı layihə meneceri) və ya IPMA Level C® (Sertifikatlaşdırılmış layihə meneceri) aiddir. Bu sertifikatlara xüsusi diqqət tələb edir, belə ki, layihələrin, proqramların və portfellərin idarə edilməsi üzrə rəhbərlər, strateji liderlər,  kompetensiyalarını nümayiş etdirən menecerlər və marağı olanlar tərəflər üçün sorğular bütün dünya üzrə artmaqdadır.  

Bizim digər 65% sertifikatlaşdırılmış mütəxəssislər isə IPMA Level D® (Layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis) sertifikatına yiyələnənlərdir. Bu sertifikat layihələrin idarə edilməsi üzrə digər iri məktəblərin bilik və imtahanına əsaslanan sertifikasiyaya bənzəyir. Sertifikasiya - IPMA yanaşmasında  layihələrin idarə edilməsi üzrə peşəkar yolda ən yaxşı ilkin addım hesab edilir. O, layihələrin idarə edilməsinin əsaslarına malik olma qabiliyyətini nümayiş etdirir.

Əgər Siz IPMA sertifikatlaşdırması ilə maraqlanırsınızsa və onu digər qlobal yanaşmalar ilə müqayisə etmək istəyirsinizsə, o zaman COMPARING PM CERTIFICATIONS məqaləsi ilə tanış olun:  http://www.ipma.world/article-comparing-certifications/

IPMA-nın xüsusiləşdirilmiş sertifikatları yalnız rəsmi üzv-assosiasiyalar tərəfindən təqdim oluna bilər. AzPMA (Layihələrin idarə edilməsi Azərbaycan Assosiasiyası) məhz bu assosiasiyalar sırasındadır. Biz həmçinin, aşağıda təsviri göstərilən digər sertifikatları da təqdim edirik. 

SERTİFİKATLAŞDIRMA QƏRARLARIN ƏSASLARI

Bacarıqların başa düşülməsi: Bu gün daha öncələr olmadığı kimi bizdən təşəbbüs, layihə, proqram və portfel üzrə daha yüksək nəticələr gözlənilir. Bununla da biz, davranış və kontekstual sahələri özündə cəmləşdirən geniş kompetensiyaların mühümlüyünü başa düşürük.  IPMA bir çox təcrübəçilər üçün yeni biliklərin təbliğ edilməsi, daha sonra isə bilik hüdüdlarından kənara çıxaraq layihələrin və onun nəticələrinin idarə edilməsi bacaqrığına nail olmağa kömək edir.  

Menecerlərin sertifikatlaşdırılması: layihələrin idarə edilməsi üzrə bacarıqlar və sertifikasiya fiziki şəxslər üçün əsas hərəkətedici gücə çevrilmişdir. IPMA-nın dörd-dərəcəli (4-L-C) sistemi bu tələbatı layihə menecerinin qiymətləndirilməsi və bacarıqlarının tanınması prosesinin davamlı olaraq təmin edilməsi ilə həll edir. Saytımızın bu bölməsində sertifikatınızın dərəcəsini Search Certified PMs sistemi vasitəsilə axtarış edə bilərsiniz. 

Layihələrin idarə edilməsi üzrə konsultantların sertifikatlaşdırılması: Layihələrin idarə edilməsi sahəsində səriştəli konsultantların mühümlüyünü nəzərə alaraq, IPMA və onun nümayəndəliyi AzPMA zəruri kompetensiyaların qiymətləndirilməsini təklif edir. PM konsultantlar təşkilatda  layihələri, proqramların və portfellərin təşəbbüsü, planlaşdırması, yerinə yetirilməsi və qiymətləndirilməsi üzrə bacarıqların formalaşdırılması və gücləndirilməsi üzrə öz töhfəsini verir. IPMA-nın layihələrin idarə edilməsi üzrə konsultantların sertifikatlaşdırılması layihə menecerinin konsultasiya kompetensiyalarının qlobal tanınmasına imkan yaradır.  

Təşkilatın sertifikatlaşdırılması: təşkilatlar öz əməkdaşlarını sertifikatlaşdıraraq, onlara zəruri biznes-nəticələrin yerinə yetirilməsinə yönəlməyə və dəstəkləməyə kömək edir.Bütün bunlara əlavə olaraq,  IPMA Delta layihələr və proqramların təşkilati yetişkinliyini və onların effektivliyini qiymətləndirməyə imkan yaradır. IPMA Delta –biznesdə ən yaxşı nəticələrin əldə edilməsi üçün addımları müəyyən edərək təşkilatın layihə yetişkinliyinin sertifikatlaşdırlması və qiymətləndirilməsidir. 

Sertifikatlaşdırma uğurunun tarixi: Sizin sertifikatlaşdırılmış menecerləriniz uğur tarixçənizin bir hissəsi sayılırmı? Ya Sizin rəqabətlilik üzrə üstünlüyünüzdür? Onlar mütləq olmalıdır.

AzPMA davamlı olaraq kompetensiya və yerinə yetirdiyi rol üzrə peşəkarları sertifikatlaşdırır.  IPMA sertifikatlarından səmərə əldə etmiş bu şəxslərin rəylərini oxuyun.

SİZİN TƏŞKİLAT LAYİHƏ MENECERLƏRİNİN BACARIQLARI ÜZRƏ FƏRQLİLİK NÜMAYİŞ ETDİRİRMİ? BƏS SİZ?

Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.