Menecerlərin sertifikatlaşdırılması

Bu gün daha öncələr olmadığı kimi bizdən təşəbbüs, layihə, proqram və portfel üzrə daha yüksək nəticələr gözlənilir. Bir çox faktorlar təşəbbüsün həyata keçirilməsinə və təşkilatın uğuruna təsir göstərsə belə, onların çox az hissəsi rəhbərin bacarılqarına diqqət yetirir.  

Layihələrin və proqramların idarə edilməsində bacarığın olması bu yanaşmanı istifadə edən təşkilat üçün strateji üstünlük hesab edilir.

Layihə proqramları səriştə ilə deyil, yalnız bilik ilə həyata keçirmək istəyənlər təhlükəli yoldadırlar. Bu, Bacarıq Yanaşmasının Nümayişini dəstəkləyən bir çox peşəkarların səbələrindən biridir. 

KOMPETENSİYA NƏ DEMƏKDİR? 

Lüğətlər müxtəlif təyinatlar verir:

  • Hər hansı bir məqsəd üçün uyğun və yetəri qədərdə olan səriştənin, bilik, təcrübə və s. olması.

  • Zəruri və adekvat xüsusiyyətlərin və ya keyfiyyətlərin olması. 

  • Düzgün kvalifikasiyalaşdırılmışlar. .

  • Yüksək kvalifikasiya; qabiliyyət.

  • Səriştə, bilik və qabiliyyətlərin konkret dəsti.

  • İnsana (və ya təşkilata) işdə və ya konkret situasiyalarda effektiv işləmək üçün bacarıq, hüquq, bilik və səriştə qrupu 

  • Bacarıqlılıq müxtəlif situasiyalarda hərəkət etməyə imkan yaratmaq üçün  bilik və səriştənin yetəri qədər olduğunu göstərir. .

the Eye of Competence (AZ)_60 percent.jpg

IPMA Competence Baseline, ICB® 3.0 versiyası, layihə və proqramların idarə edilməsi sahəsində sertifikatlaşdırma üçün istifadə edilən terminləri dəqiqləşdirir: 




  1. Kompetensiya - bilik və/və ya bacarıqların, bəzi hallarda isə şəxsi keyfiyyətlərin tətbiq edilməsini nümayiş etdirmə xüsusiyyətidir.  

  2. Sertifikatlaşdırma sxemi eyni norma və qaydaları, eləcə də eyni prosedurları tətbiq edən konkret insanlar kateqoriyasına aid edilərək konkret tələblərdən ibarətdir. 

  3. Sertifikatlaşdırma prosesi sertifikatlaşdrıma orqanının şəxsin tələblərə cavab verməsi üzrə  təyin etdiyi tələblərə uyğun olaraq bütün növ fəaliyyəti əhatə edir.

  4. Qiymətləndirmə namizədə yazılı, şifahi, praktiki və izlənilən olaraq bir və ya bir neçə üsul ilə kompetensiyalarını təyin edən mexanizmini təqdim edir. 

  5. Kvalifikasiya şəxsi keyfiyyətləri, təhsil, təlim və/və ya menecerin iş təcrübəsini nümayiş etdirir. 

Onlardan bəziləri, yenicə aşkar olunan - komepetsiyadır. Onu terminlər, bilik, bacarıq və kompetensiyaları bərabərləşdirmək üçün münasib hesab edirlər. Onlar arasında fərqliliyi başa düşməkdə şətinlik çəkənlər üçün aşağıdakı ssenariləri nəzərdən keçirməyi təklif edirik; onlardan hər birinin yerində sizə nə dərəcədə rahat olardı? 

  • Siz daha öncələr uçuş və eniş üzrə təcrübəsi olmayan "Air Academy"-nin məzunları - iki təyyarəçi ilə təyyarəyə əyləşirsiz 

  • Sizin vəkil bütün qayda və qanunları bilir, lakin heç vaxt məhkəmədə təcrübəsi olmamışdır. 

  • Sizin ürəyinizi imtahanı uğurla başa vuran, lakin heç zaman əlində skalpel tutmayan cərrah-təcrübəçi əməliyyat edir. 

  • Sizin ən mühüm strateji layihəniz imtahandan uğurla keçən, lakin daha öncələr heç vaxt hər hansı bir layihəni idarə etməyən yaxşı insan tərəfindən idarə edilir.

KOMPETENSİYALARDA MÜXTƏLİFLİYİ NECƏ NÜMAYİŞ ETDİRİRSİNİZ?