Biliyin qiymətləndirilməsi

Biliyin qiymətləndirilməsi aşağıdakı prosedurla aparılır:


Müsahibə

Müsahibənin gedişi zamanı asessorlar namizədə hesabat, özünü-qiymətləndirmə, yazılı imtahanın cavabları, qrup işinin nəticələri əsasında suallar (ICB versiya 3.0 uyğun olaraq) verirlər.

Verilən suallar aşağıdakıları əhatə edə bilər:

  • təqdim olunan sənədlərdəki məlumatın yoxlanması;
  • namizədin bilik və təcrübəsində güclü və zəif tərəflərin, qüsurların aşkarlanması;

  • namizədin layihə, proqram və portfel idarəçiliyi sahəsində kvalifikasiyasının nümayiş etdirilməsi.

Müsahibənin davamiyyəti aşağıdakı cədvəldə verilmişdir:


IPMA А Dərəcəsi IPMA В Dərəcəsi IPMA С Dərəcəsi
Davamiyyət (əgər namizəd model tapşırığı üzərində işləyibsə, imtahan vaxtı qısaldırmır) 2 - 2.5 saat 1.5 - 2 saat 1 - 1.5 saat
Əgər model tapşırıq müsahibəni əhatə edirsə, imtahan vaxtı qısaldıla bilər.... 30 dəqiqə 30 dəqiqə 20 dəqiqə

Müsahibədə istifadə olunan minimal element sayı:


IPMA А Dərəcəsi IPMA В Dərəcəsi IPMA С Dərəcəsi
Texniki 5 6 6
Davranış 4 3 2
Kontekstual 4 3 2


Sertifikatlaşdırma orqanının qərarı


Sertifikatlaşdırma orqanı namizədin sertifikatlaşdırma prosesində iştirakını davam etdirə bilməsi və ya onu tərk etməsi barədə qərar qəbul edir. Qərar asessorlar tərəfindən verilən ümumi qiymət əsasında qəbul olunur.
Sertifikatlaşdırma orqanının rolu namizədin qiymətləndirilməsini keçirməkdir. Sertifikatlaşdırma orqanı təlim və hazırlıq təqdim etmir.

Qiymətləndirilmədə iştirak edən asessorlar müstəqildirlər və namizədin suallarını cavablandırmağa məsul deyillər. Onlar namizədə təqdim etdikləri sənədlərdəki çatışmayan və ya kifayət etməyən məlumatlar (sertifikatlaşdırma orqanı tərəfindən aşkar edilmiş) barədə xəbər verə və namizədə prosesin növbəti mərhələsində onu tamamlamağı təklif edə bilərlər. Sertifikatlaşdırma orqanı namizədə sertifikatlaşdırma prosesinin gedişi barədə bütün məlumatları verir və onun bütün suallarına cavab verir. Asessor, bir qayda olaraq, hər bir kompetensiya elementi üzrə bilik və təcrübəyə birgə qiymət verir.

Əgər namizəd qeyri-müvəffəqiyyətinin səbəbini bilmək arzusunda olarsa, bu halda birinci asessor sertifikatlaşdırma orqanının nümayəndəsinin müşayiəti ilə namizədin suallarına cavab verir.

Kompetensiyanın qiymətləndirilməsi

Namizədin bilik, təcrübə və şəxsi keyfiyyətləri ICB versiya 3.0 müddəalarına uyğun olaraq qiymətləndirilir. Namizədin kompetentlik dərəcəsi bilik və təcrübənin ümumi təsvirinin köməyi ilə müəyyən olunur və 1-dən 10-a qədər olan şkala ilə qiymətləndirilir.

Hər bir dərəcə üzrə balların faiz nisbəti və ümumi kompetensiyaya olan tələblər aşağıdakı nisbətdə bölünməlidir:


IPMA А Dərəcəsi% IPMA В Dərəcəsi% IPMA С Dərəcəsi% IPMAD Dərəcəsi%
Texniki 40 50 60 70
Davranış 30 25 20 15
Kontekstual 30 25 20 15
Əlavə 40 40 30 20

Bilik və təcrübəyə olan tələblər eləcə də sertifikatlaşdırma dərəcəsindən də asılıdır:


IPMA А Dərəcəsi(0 - 10) IPMA В Dərəcəsi(0 - 10) IPMA С Dərəcəsi(0 - 10) IPMAD Dərəcəsi(0 - 10)
Bilik 7 6 5 4
Təcrübə 7 6 4 (seçim ilə)

Qeyd: Qiymətlər IPMA-nın hər bir dərəcəsində namizəddən gözlənilən orta balı əks etdirir.