Kompetensiya latın sözü ("competentia”) olub "mühakimə etməyə səlahiyyətli” , eləcə də "danışmağa hüququ olmaq” mənasını verir. Kompetensiya müəyyən funksiyaların müvəffəqiyyətli icrası üçün zəruri olan bilik, bacarıq, müvafiq təcrübə və şəxsi keyfiyyətlərin toplusudur. Layihə menecerlərinin kompetensiyası "IPMA Competence Baseline Version 3.0” beynəlxalq standartlarına əsaslanır. Kompetensiya 3 istiqamətdən ibarət "GÖZ Modeli”nə uyğun olaraq təyin edilir:

the Eye of Competence (AZ)_60 percent.jpg

 

Texniki kompetensiya – layihə idarəçiliyi sahəsində əsas kompetensiya elementlərinin təsviri üçün nəzərdə tutulmuşdur. Bu istiqamət (bəzi hallarda "əsas tərkib hissə” də adlandırlır) layihə idarəçiliyinin əsas mahiyyətini əhatə edir. ICB 20 texniki kompetensiya elementlərindən ibarətdir.

Davranış kompetensiyası – layihə idarəçiliyi sahəsində kompetensiya elementlərindən istifadə etməklə şəxsi keyfiyyətlərin təsviri üçün nəzərdə tutulmuşdur. Bu istiqamət layihə menecerinin bacarıq və münasibətini əks etdirir. ICB 15 davranış kompetensiyası elementlərindən ibarətdir.

Kontekstual kompetensiya - layihə idarəçiliyi sahəsində layihənin konteksti ilə əlaqəli olan kompetensiya elementlərinin təsviri üçün nəzərdə tutulmuşdur. Bu istiqamət layihə menecerinin xətti idarəetmə növlü təşkilatlarla münasibətlərin qurulması barəsində biliklərini, eləcə də layihə tipli təşkilatda fəaliyyət qabiliyyətini əks etdirir. ICB 11 kontekstual kompetensiya elementlərindən ibarətdir.

    

                Layihə menecerinin kompetensiyası üzrə elementlər


Texniki kompetensiya üzrə elementlər                                                       
Davranış kompetensiyası üzrə elementləri                                                     
Kontekstual kompetensiya üzrə elementlər                                                              
    1. Layihə idarəçiliyinin müvəffəqiyyəti                          
     1. Liderlik      1. Layihə yönümlü idarəetmə    
    2. Marağı olan tərəflər      2. Öhdəlik və motivasiya      2. Proqram yönümlü idarəetmə
   3. Layihədə tələb və vəzifələr      3. Özünü-idarə      3. Portfel yönümlü idarəetmə
   4. Risk və imkanlar      4. Özünə-güvən         4. LPP icrası
   5. Keyfiyyət      5. Gərginliyin azaldılması      5. Daimi təşkilat
    6. Layihə təşkilatı      6. Səmimiyyət      6. Sahibkarlıq fəaliyyəti
   7. Komanda işi      7. Yaradıcılıq (Kreativlik)      7. Sistemlər, məhsullar və
texnologiyalar
   8. Problemlərin həlli      8. Nəticə yönümlülük      8. Heyətin idarə edilməsi
  9. Layihə strukturları      9. Səmərəlilik      9. Sağlamlıq, təhlükəsizlik, əmək və ətraf mühitin mühafizəsi 
  10. İdeya və yekun nəticə     10. Məsləhətləşmələr      10. Maliyyə
  11. Vaxt və layihə fazaları     11. Danışıqlar      11. Hüquqi aspektlər
  12. Resurslar     12. Münaqişə və böhranlar  
  13. Xərc və maliyyə     13. Etibarlılıq  
  14. Təchizat və müqavilə    14. Dəyərlərin qiymətləndirilməsi                     
 
  15. Dəyişikliklər     15. Etika  
  16. Nəzarət və hesabatlar    
  17. Məlumat və sənədləşmə    
  18. Kommunikasiya    
 19. Layihənin işə salınması    
  20. Layihənin bağlanması    


Əlavə kompetensiya elementləri:

  1. Layihələrin idarə edilməsində informasiya texnologiyaları;

  2. Layihə ofisinin yaradılması və idarə olunması;

  3. Layihələrin  idarə edilməsi metodologiyası;

  4. Şirkətin texniki yetkinlik modeli;

  5. Layihələrin  idarə edilməsində biznes proseslər;

  6. Layihə-yönümlü təşkilatların inkişafı və onların strukturu.