IPMA beynəlxalq sertifikatın əldə edilməsi üçün aşağıdakı sənədlər tələb olunur:


Ərizə forması 

Ərizə  (yüklə) IPMA sertifikatlaşdırma proqramının dərəcələrindən birini almaq məqsədilə müraciət edən iddiaçıların identifikasiyası üçün nəzərdə tutulmuşdur. Ərizədə iddiaçı eləcə də sertifikatlaşdırma prosesinin şərtləri və layihə idarəçiliyi üzrə sertifikatlaşdırma prosesini keçən şəxsin öhdəlikləri barədə məlumatlandırıldığını göstərir. Ərizəyə layihə, proqram və portfel haqqında məlumatların təqdim olunması, həmçinin, sertifikatlaşdırmanın keçirilməsi üzrə xidmət haqqının ödənilməsinə cavabdehlik barədə məlumatlar daxildir. İddiaçı eləcə də qeyd edir ki, sertifikat almış mütəxəssislərin siyahısı, sertifikatdan sui-istifadənin və layihə meneceri qismində fəaliyyətin dayandırılmasının nəticələri barədə məlumatların ictimai mənbələrdə dərc olunmasından xəbərdardır. İddiaçı ərizə formasını doldurduqdan sonra onu imzalayır.

Tərcümeyi-hal (СV)

Tərcümeyi-halda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

  • iddiaçı haqqında məlumat;

  • təhsili;

  • peşəkar bacarıqlar;

  • karyera;

  • layihə idarəçiliyi sahəsində treninq və tədris kursları və s.;

  • layihə idarəçiliyi üzrə öyrənilmiş ədəbiyyat;

  • iddiaçının layihə idarəçiliyi üzrə təhsili;

  • iddiaçının layihə idarəçiliyi sahəsində müəyyən mövzular üzrə publikasiyaları;

  • rəy (rekomendasiya) verən şəxslər.

Özünü-qiymətləndirmə vərəqəsi 

IPMA sertifikatlaşdırma sisteminin hər bir mərhələsində iddiaçının özünü-qiymətləndirmə vərəqəsini (yüklə) tərtib etməsi səciyyəvi tələbdir. IPMA sertifikatlaşdırma sisteminin tərkib hissəsi olan özünü-qiymətləndirmə namizədə özünün güclü tərəflərini və əlavə diqqət tələb edən sahələrini dəyərləndirməyə kömək edir. Hər bir yeni mərhələdə iddiaçı özünü-qiymətləndirmə vərəqəsini yüksək diqqətlə tərtib etməyi bacarmalıdır. Bu cür qiymətləndirmə namizədə müvafiq tədris və ya hazırlıq kursu seçimində daha əsaslandırılmış qərar qəbul etməyə imkan yaradır.

Layihə, proqram və portfellər siyahısı

Bu siyahıda  (yüklə) işlədiyi müddət ərzində iddiaçının iştirak etdiyi layihə, proqram və portfellər (müvafiq sertifikatlaşdırma dərəcəsini almaq üçün zəruri olan) göstərilməlidir.

İddiaçının iştirak etdiyi hər bir layihə, proqram və portfel üzrə onların xüsusiyyətlərini (məhsul, mərhələlər, dəyər, büdcə, marağı olan tərəflər, idarəçiliyin çətinliyi), iddiaçının rol və vəzifələrini, iştirak müddətini əks etdirən ətraflı məlumat təqdim edilməlidir.

Rəy məktubları

İddiaçı ona rəy verən 2 (iki) nəfərin adından rəy məktubları təqdim edir (rəy məktublarında rəy verən şəxslərin əlaqə məlumatları göstərilməlidir). Rəy verən şəxs qismində heç olmasa bir nəfər sifarişçinin nümayəndəsi və ya baş meneceri və bir nəfər layihə qrupunun üzvü çıxış etməlidir. Asessorlar məlumat üçün həmin rəy verən şəxslərə müraciət etməlidirlər. Bu, onun kvalifikasiyasını qiymətləndirmək üçün zəruridir.

Hesabat təklifi  

İddiaçı layihə təklifi (yüklə) (əlavələrlə birlikdə 1-3 səhifə həcmində) təqdim etməlidir. Layihə təklifi aşağıdakı məlumatları özündə əks etdirməlidir:

  • öz hesabatda istifadə etmək üçün iddiaçının təklif etdiyi layihə, proqram və ya portfelin təsviri;

  • iddiaçının sözügedən layihə, proqram və ya portfeldə rolu;

  • təşkilatın sxemi;

  • işlərin icraat qrafiki.

Sertifikatlaşdırma prosesini keçmək üçün icazə

"Ərizə”, "Layihə, proqram və portfellərin siyahısı”, "Rəy (rekomendasiya) məktubları” və "Özünü-qiymətləndirmə vərəqəsi” iddiaçının sertifikatlaşdırma prosesinə uyğun olub-olmamasınıın qiymətləndirilməsində istifadə edilən sənədlər paketidir. Sənədlər paketi sertifikatlaşdırma katibliyi tərəfindən rəsmi yoxlandıqdan və ən azı 2 (iki) nəfər asessor tərəfindən qiymətləndirildikdən sonra iddiaçı müvafiq sertifikatlaşdırma dərəcəsini keçmək üçün yazılı təsdiq sənədi alır.

Yazılı imtahan

İmtahan bir qayda olaraq bir neçə saat davam etməklə yazılı şəkildə aparılır və bir neçə növ suallardan ibarət olur:

  • Birbaşa suallar (bir neçə variantda cavabı olan suallar, məntiqi təfəkkürün qiymətləndirilməsi, 1-2 cümlə həcmində cavablar və yaxud qısa siyahıda düzgün cavab seçimi)

  • Seçilmiş mövzuya esse (məsələn: layihə təklifi, layihə xərclərinin hesabatı, prosesin təsviri);

  • Məntiqi tapşırıqlar (oyun tapşırıqları, mini-vəziyyət və s.).

Yazılı imtahanın xüsusiyyətləri aşağıdakı cədvəldə göstərilmişdir:

  IPMA C Dərəcəsi   IPMA D Dərəcəsi
  Birbaşa suallar   17   46
Seçilmiş mövzu üzrə esse və/və ya Məntiqi tapşırıq)   14   9
  Minimal davamiyyət   3 saat
  3 saat


Hesabat

Namizəd hesabatda layihə idarəçiliyi kompetensiyalarının real vəziyyətlərdə tətbiqini dərəcələr üzrə təsvir edir:

  • A dərəcəsi: əhəmiyyətli sayda layihələrdən ibarət olan portfel və ya proqram;

  • B dərəcəsi: mürəkkəb idarəçilik sistemi olan layihə;

  • C dərəcəsi: məhdud mürəkkəb idarəçiliyi olan layihə;

  • D dərəcəsi: hesabat tələb olunmur.

Hesabat müsahibənin keçirilməsi üçün vacib bazadır. Hesabatda layihə idarəçiliyi zamanı yaranmış səciyyəvi vəziyyət və tapşırıqlar, tədbir və nəticələr, namizədin və digər marağı olan tərəflərin rolu, tətbiq edilmiş metod və alətlər, əldə edilmiş təcrübə və nəticələr təsvir edilməlidir.

Mövcud hesabat NCB və ICB versiya 3.0 uyğun olmalıdır. Namizəd öz hesabatında mümkün qədər çox sayda NCB elementlərindən istifadə etməklə kvalifikasiya nümayiş etdirməlidir.

Hesabatın həcmi aşağıdakı cədvəldə göstərilmişdir:

    IPMA А Dərəcəsi   IPMA B Dərəcəsi   IPMA C Dərəcəsi
  Hesabatın həcmi   15 - 30   10 - 25   5 - 15
  Əlavələr, maksimal səhifə həcmi      20 15   10
  Göstərilən elementlərin minimal sayı   
  Texniki   14   14   12
  Davranış   11   8   5
  Kontekstual   8   6   4

Namizəd öz hesabatında bütün 3 (üç) kompetensiya üzrə müəyyən elementləri əks etdirməlidir. Aşağıdakı cədvəldə hesabatda hər bir kompetensiya üzrə əks etdirilməli olan kompetensiya elementlərinin minimal sayı göstərilmişdir:

Hesabatın səhifələrinin sayı şriftin 11 pt ölçüsü ilə göstərilmişdir.

Əlavələrdə hesabatın müddəaları acıqlanmalıdır, məsələn, tədbirlərin keçirilmə qrafiki. Hesabatın mətninə onlara keçidlər daxil edilməlidir. Əgər bəzi tərkib kvalifikasiyalar layihə, proqram və ya portfel üçün vacib deyilsə, o zaman, müsahibə zamanı namizəddən bunun izahı (nə üçün bu baş verib və namizəd onları digər layihə, proqram və portfellərdə istifadə edərdi) soruşulmalıdır.