Yenidən sertifikatlaşdırma

Sertifikatların etibarlılıq müddətinin məhdud olması ilə əlaqədar olaraq sertifikatlaşdırılmış layihə menecerləri yenidən sertifikatlaşdırma prosedurunu keçə bilərlər.

Resertifikasiyanın şərtləri layihə idarəçiliyi sahəsində aktiv fəaliyyət, təhsilin davam etdirilməsi və kvalifikasiyanın daima artırılması, eləcə də layihə idarəçiliyi sahəsində iş bacarığı və təcrübə əldə etməkdir.


Layihə menecerlərinin yenidən sertifikatlaşdırılması proseduru:

  • Namizəd aşağıda göstərilən bütün sənədləri Assosiasiyaya təqdim edir;
  • Sertifikatlaşdırma orqanı asessorlara yenidən sertifikatlaşdırma prosesini keçən namizədi qiymətləndirmək üçün standart forma təqdim edir;
  • Sertifikatlaşdırma orqanı asessorların ümumi qiyməti əsasında sertifikatın yenilənməsi (etibarlılıq müddətinin artırılması) barədə qərar qəbul edir;
  • Müsbət qərar verildiyi halda namizədə yenilənmiş sertifikat təqdim olunur.

Resertifikasiya keçmək üçün tələb olunan sənədlər:

  • Yenilənmiş tərcümeyi-hal (CV);
  • Yenilənmiş özünü-qiymətləndirmə vərəqəsi - (yüklə);
  • Yenilənmiş layihə, proqram və portfellər siyahısı - (yüklə);
  • Sertifikatın faktiki etibarlılıq dövründə peşəkar fəaliyyət haqqında hesabat (bura daxildir: layihə, proqram və portfellər çərçivəsində namizəd tərəfindən icra edilmiş funksiya, vəzifə və tapşırıqlar; onların mürəkkəbliyi, eləcə də sertifikat sahibinin həmin layihə, proqram və portfellərdə iştirak müddəti);
  • Sertifikatın faktiki etibarlılıq dövründə təhsilin davam etdirilməsi haqqında hesabat (bura daxildir: istənilən formada təlim keçilməsi, əldə edilmiş təcrübə və namizədin layihə idarəçiliyi sahəsində mütəmadi inkişafına etdiyi sərmayə);
  • Namizədin layihə idarəçiliyi sahəsində iş təcrübəsi ilə tanış olan şəxslərin siyahısı (lazım gəldiyi təqdirdə asessorlar rəy almaq məqsədilə bu şəxslərlə əlaqə saxlaya bilərlər);
  • Namizədin kompetensiyası və peşəkar davranışı haqqında yazılı şikayətlər (əgər varsa);
  • Namizədin kompetensiyası, peşəkar artımı və davranışı haqqında əlavə sübutlar (namizədin öz istəyi ilə).

Resertifikasiya prosedurunun qiyməti:

Dərəcə Məbləğ, Euro
D                                 
240
C 420
В 900
А 1200