Bütün layihələrinizi uğurlu hesab etmək olarmı? Şəxsi göstəricilərinizin effektivliyini artırmaq istərdinizmi? Böyük həcmli layihələrinizi uğurla həyata keçirmək istəyirsinizmi?

Dünyanın 58 ölkəsi üzrə nümayəndəliyi olan IPMA-nın beynəlxalq sertifikatlaşdrıma proqramı artıq minlərlə məzunlara öz peşəkar effektivliyini və layihə meneceri karyerasını artırmaqda kömək olmuşdur.

Sizə müxtəlif peşəkar səviyyəyə malik azərbaycanlı həmkarlarınızın rəyləri ilə tanış olmağı və iştirakınız ilə bağlı düzgün qərar qəbul etməyi təklif edirik.

Məzahir Cəmilov, Sertifikatlaşdırılmış layihələr direktoru - IPMA level A, layihələrin idarə edilməsi sahəsində proqram və portfel layihələri üzrə məsləhətçi - IPMA PPMC, dünyanın 4 ölkəsində inşaat layihələrinin rəhbəri təcrübəsi

"IPMA sertifikatının alınmasından sonra karyera inkişafı üzrə ən yaxşı nümunə - mən özüməm. Layihələrin idarə edilməsi üzrə bilikləri prof. S. Buşuyev və prof. İ.Babayev kimi peşəkarlardan öyrənmişəm, sertifikatlaşdırmanın bütün dərəcələrini "D-C-B-A” keçmişəm. 2002-ci ildə aldığım ilk IPMA sertifikatından sonra mənə Azərbaycanın böyük layihələrinin həyata keçirilməsini etibar etdilər. "A” dərəcəsi- layihələr direktoru üzrə sertifikata yüksəldikdə artıq Azərbaycan, Gürcüstan, Ukrayna və Rusiyada proqram və portfelləri idarə etməyə başladım. Layihələrin idarə edilməsi üzrə zəruri nəzəri biliklərə malik olmadan layihənin uğurlu nəticəsini təmin etmək mümkün deyil. Namizədlərə öz güclərinə inamlı olmağı, daim irəli addımlamağı və təkmilləşməyi arzu edirəm."

Rüfət İbrahim-zadə, IPMA level D, Smart Solutions təşkilatının meneceri

"IPMA-nın beynəlxalq sertifikatını əldə etmək mənim üçün çox sevincli bir haldır. AzPMA-da əldə etdiyim bilik və bacarıqlara əsasında, təşkilatımızda mənə ilk layihəmin tətbiqini etibar ediblər. Ümid edirəm ki, bu, gələcək uğurlarım üzrə ilk addım olacaqdır. Maraqlı və səmərəli təcrübəniz üçün təşkkür edirəm."


İmran Ziyatlı, IPMA level C, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat şöbəsində Baş məsləhətçi

"AzPMA-da kursları layihələrin idarə edilməsi sahəsi üzrə biliklərimi daha da sistemləşdirilməsinə kömək etdi. Düşünürəm ki, Assosiasiyanın gələcək əməkdaşlığına qoşulmaq, PM Club görüşlərində iştirak etmək, eləcə də AzPMA üzvü olmaq mənə səmərəli olacaqdır."

Həsən Əskərov, IPMA level B, karyerasına Azərbaycanda başlamışdır, hazırda BƏƏ-də telekommunikasiya sahəsində layihələr həyata keçirir.

"Mən IPMA sertifikatına Azərbaycanda yiyələnmişəm və əldə edilən metodologiya və biliklərdən çox razıyam. Bu səbəbdən də, Assosiasiya ilə inkişafımı davam etdirirəm və həmkarlarım ilə təcrübə mübadiləsi üzrə dəyirmi masalarda iştirak edirəm."

Arzu Qənbərova, IPMA level C, "R.İ.S.K." şirkətinin layihə mütəxəssisi

"Mənə çox maraqlı idi və daha çox xoşuma gəldi ki, imtahan həm yazılı, həm də şifahi formada aparılır. Bu, imtahan zamanı asessorlarla, qrupla canlı ünsiyyət bağlamaq imkanı yaradır. Təlimlərdən ən çox yadımda qalan parktiki nümunələr və IPMA sistemi üzrə yeni alətlərdir. Daha çox marağıma səbəb olan isə davranış elementləri, XMind proqramının köməyi ilə düşüncənin vizuallaşdırılması bacarıqları, şəbəkə qrafikinin qurulması alətləri və s. oldu."


Əli Əliyev, IPMA level C, Modenis LLC (Modern Group of Companies) layihələr üzrə baş ekspert:

"İş effektivliyimin, eləcə də şəxsi peşəkar inkişafımın artırılmasında mənə kömək olan və yüksək səviyyədə keçirilən təlim və kurslarına görə AzPMA-ya təşəkkürümü bildirmək istəyirəm. Peşəkar və səmimi kollektiv, kvalifikasiyalı personal və münasib qiymətlər, layihələrin idarə edilməsi üzrə tam kursu (PMBoK və ICB standartları) oxumağa, layihə menecerliyi üzrə imtahandan keçməyə və IPMA Level C-Layihə Meneceri beynəlxalq sertifikatını almağa imkan yaratdı. Xüsusi olaraq mənim şəxsi təlimçim, beynəlxalq dərəcəli asessor və IPMA Level B sertifikatına malik İlham Yusifliyi dərin minnətdarlığımı bildirirəm.”

Soltan Bayramov, IPMA level C, ATL Group Marketinq Meneceri


"AzPMA tərəfindən əldə etdiyim beynəlxalq layihə meneceri sertifikatı, bu sahədəki bilik və təcrübəmin təsdiq olunması baxımından yetərincə faydalı oldu. Asessorların iştirakı ilə keçirdiyimiz biznes sessiyalardan xüsusi zövq aldığımı qeyd etməliyəm. Təşəkkürlər, AzPMA!”

Elvin Axundov, IPMA level D, inşaat şirkətində layihə meneceri

"Layihələrin idarə edilməsinə 3 yanaşma vardır: IPMA yanaşmasında-insan, PMI yanaşmasında-sistem, PRINCE2 yanaşmasında-məhsul. Bu gün biz nümunələr əsasında gördük ki, nəinki texniki kompetensiyalar, sistem və məhsul, həmçinin insani keyfiyyətlər layihənin həyata keçirilməsində böyük rol oynayır. Bunlar hamısı IPMA-nın kontekstual və davranış kompetensiyalarında göstərilmişdir və çox zaman texniki kompetensiyalardan daha mühüm rol oynayır. Hətta müqavilədə də göstərilənləri və təsvir edilənləri yerinə yetirmək zəruri olduqda belə bu, işin lazım olduğu tərzdə yerinə yetirilməsi anlamına gəlmir, çox zaman menecer komanda üzvləri ilə ümumi dil tapmadıqda layihə təhlükə altında olur. Bunun üçün IPMA daha düzgün yanaşma seçmişdir, layihələrin idarə edilməsində texniki hissələri öyrənmək yetərli deyil, eləcə də, davranış və kontekstual elementləri də bilmək lazımdır."