Təşkilatların sertifikatlaşdırılması

Təşkilatların IPMA DELTA ® üzrə sertifikatlaşdırılması

IPMA DELTA — gələcək görüntülərə bir addım

İPMA DELTA – bütünlükdə təşkilatın layihələrin idarə edilməsi üzrə kompleksli qiymətləndirilməsidir: 360° PERSPEKTİV – 100% müstəqil qiymətləndirmə - gələcəyə daha bir addımdır.

IPMA Delta təşkilatlara səmərəli təklif irəli sürür. Delta fəaliyyəti şirkətlərin rəqabətə davamlılığını artıra biləcək bir şərait yaradır.

Bu da öz növbəsində, müsbət dəyişkiliklərə səbəb olur.

İlk dəfədir ki, bütün təşkilatlar (O) – o cümlədən, fiziki şxslər (İ) və layihələr (P) – layihələrin idarə edilməsi sahəsində təşkilati kompetensiya üzrə sertifikatlaşdırıla bilərlər.

İPMA Delta qiymətləndirməsi üçün istifadə olunan model layihələrin idarə edilməsi üzrə aparıcı standartlara əsaslanan üç əsas moduldan ibarətdir: IPMA Competence Baseline, IPMA Project Excellence Model и IPMA Organisational Competence Baseline.

IPMA Delta - şirkətin layihələrin idarə edilməsi üzrə təşkilatçılıq kompetensiyasının hazırki durumunu qiymətləndirir (IPMA Delta 1-5 sinif kompetensiyası). Bu Delta şirkətə layihələrin idarə edilməsi sahəsi üzrə idarəetmə kompetensiyasının növbəti dərəcəyə keçidi üçün idarəçilik yolunu göstərir.

Bu qiymətləndirmə sistemi

– dünya üzrə lider, müstəqil və neytral təşkilat olan İPMA tərəfindən təklif olunur. Bütün proses ərzində edilən investisiyalar, daxili resurslar və dəyərlər artmamaq şərtilə aparılır.

Layihə idarə edilməsi üzrə uğur əldə etmək üçün Delta effektini istifadə edin.

Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.