Kompetensiya səviyyələri

IPMA Delta® modelinə əsasən təşkilatın 5 yetkinlik mərhələsi mövcuddur:

  1. Başlanğıc: müxtəlif əməkdaşlar səviyyəsində layihələrin idarə edilməsi üzrə əldə edilmiş nailiyyətlər. Bəzi işçilərin məqbul, yaxşı və hətta əla işləmələrinə baxmayaraq, bütün təşkilat üzrə qəbul olunmuş vahid bir standart yoxdur, portfel layihələrin və proqramların idarə edilməsi ümumi olaraq kafidir. Müəssənin bu sahə üzrə formal standart və prosesləri mövcud deyil.

  2. Müəyyən edilmiş: layihələrin, proqramların və portfellərin (LPP) idarə olunmasında müəyyən standartlar mövcuddur. Layihələrin idarə edilməsi üzrə struktur və proseslər epizodik olaraq ayrı-ayrı layihələrdə istifadə olunurlar.

  3. Standartlaşdırılmış: müəssədə çox vaxt istifadə olunan proseslər, strukturlar və idarə etmə standartları mövcuddur (tam əhatə və inteqrasiya yoxdur)

  4. İdarə olunan: bütün müəssədə istifadə olunan və rəhbərlik tərəfindən idarə edilən standart, strukturlar və idarə prosesləri mövcuddur (tam əhatə və inteqrasiya)

  5. Optimizə olunmuş: bütün müəssədə istifadə edilən və rəhbərlik tərəfindən idarə olunan və inkişaf etdirilən bütün standart, strukturlar və idarə prosesləri mövcuddur.

Sertifikasiyadan keçmək üçün müəssə bir neçə başlanğıc şərtlərə cavab verməlidir:

  • Şirkətdə layihələrin idarə edilməsinin mövcudluğu (layihə, proqram və portfellər)

  • Layihə, proqram və portfellərin idarə olunması üzrə korporativ standartın mövcudluğu

  • Layihə, proqram və portfellərin idarə edilməsi proseslərinin mövcudluğu

  • Şirkətdə International Project Management Association (IPMA) metodologiyası ilə təlim olunmuş və sertifikasiyadan keçmiş peşəkarların olması

Sertifikatlaşdırma nəticələri üzrə beynəlxalq asessorların konkret istiqamətlərin inkişaf etdirilməsi və yaxşılaşdırılması üçün layihələrin idarə edilməsi kompetensiyaların artırılması üzrə hazırlanmış hesabatının nəticələrinə əsaslanaraq sertifikat təqdim olunur.

Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.