Kompleksli modernizasiya və innovativ layihələrin effektiv idarə edilməsini düzgün və məqsədyönlü istifadə olunan layihə idarəçiliyi yanaşmaları və alətlərsiz təsvir etmək mümkün deyil. Layihənin idarə olunmasında təşkilatın kompetensiya səviyyəsini İPMA Delta beynəlxalq sertifikatı müəyyən edir.

Layihələrin idarə edilməsi yetkinliyinin beynəlxalq qiymətləndirilməsi və təşkilatın İPMA Delta modeli ilə sertifikatlaşdırılması - müəssisənin beynəlxalq standartlar və ən güclü təcrubələrinə uyğun olaraq, layihələrin idarə edilməsi zamanı gözlənilən real uğur və potensial bacarığın qiymətləndirilməsidir. Bu - menecment və layihələrin idarə edilməsi keyfiyyətinin, proqram və portfellərin bütün dünyada qəbul edilmiş yüksək səviyyədə icra olunmasıdır. IPMA Delta sertifikatı dünyanın 65 ölkəsində tanınır.

Müəssələrin IPMA Delta modeli ilə sertifikatlaşdırılması IPMA tərəfindən yaradılaraq Azərbaycanda AzPMA tərəfindən həyata keçirilir. Sertifikasiya beynəlxalq asessorların cəlb olunması ilə IPMA-nın beynəlxalq aprıcı ekspertləri tərəfindən aparılır.

Sertifikasiyanın məqsədləri:

  • Layihələrin idarə edilməsi sistemi üzrə şəraitin müəyyən edilməsi - mövcud layihə idarəçiliyi sisteminin nə dərəcədə etalona yaxın olması ilə müəyyən edilir.

  • Müəssənin güclü tərəflərinin və inkişaf yollarının müəyyən edilməsi – biz nədə daha yaxşıyıq və nədə ən yaxşısı olmalıyıq?

  • Strateji məqsədlərin və onlara çatmaq kriteriyalarının müəyyən edilməsi – gələcəkdə hansı istiqamətdə getməli və çatmaq istədiyimiz yerə çatdığımızı necə anlamalıyıq?

  • Daxili müqayisəli analizin əsasının alınması – hansı bölmə daha yaxşı işləyir və nəyə görə?

  • Xarici müqayisəli analizin əsasının alınması – kim daha yaxşıdır? – biz ya rəqiblərimiz? – və nəyə görə?

Şirkətin sertifikasiya nəticəsində əldə etdiyi üstünlüklər:

  • Layihələrin idarəsində təşkilat kompetensiyasının kompleksli qiymətləndirilməsi

  • Layihələrin idarə edilməsinin şəffaflığı

  • Layihənin həyata keçirilməsinə xərclərin azalması

  • Müəssisənin layihə fəaliyyətinin effektivliyinin artırılması

  • Beynəlxalq bazarlarda nüfuz və rəqabət gücünün artırılması

Sertifikasiya nəticəsində şirkət 3 il etibarlı olan İPMA Delta sertifikatı və qiymətləndirmənin nəticələrinə əsaslanmış hesabatla təltif olunur. Hesabatda beynəlxalq asessorlar layihələrin idarə edilməsi zamanı şirkətin kompetentliyinin artırılması üzrə məsləhətlər verir. Burada mütəxəssislər şirkətin layihələrin idarə edilməsi sisteminin güclü tərəflərini, inkişafa ehtiyacı olan sahələrin ve gələcək yollarını müəyyən edə bilirlər.

Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.