PM Konsultantların sertifikatlaşdırılması
Layihə, proqram və portfeli layihələri idarə edən konsultantlar layihələrin idarə edilməsi üzrə təcrübədə mühüm rol oynayırlar. Nəticələrə görə cavabdehlik daşımasalar belə, rəhbərlərə və layihə təşkilatçılarına layihələrin necə idarə edilməsi haqqında məsləhətlər verirlər.
Konsultantların sertifikasıya tələblərinə cavab verməsi üçün IPMA layihə menecerlərinin 4-dərəcəli sertifikasiya (4-L-C) prosesini genişləndirərək 2-dərəcəli sertifikasiyanı da əlavə etmişdir.
Konsultantların kompetensiyalarının qiymətləndirilməsi
Bu standart layihələrin və proqramların PM konsultant rolunda idarə edilməsinin bəzi hissələrini əhatə edir, lakin ümumi konsaltinq kompetensiyalarına şamil olunmur. Ehtimal olunur ki, bütün PM konsultantlar layihələrin idarə edilməsi üzrə təcrübə və biliklərlə yanaşı, konsaltinq təcrübəsinə də malik olmalıdırlar. Bununla yanaşı, PM konsultantlar verdilkəri məsləhətlərin icra olunması prosesinin idarə edilməsi imkanına da malik olmalıdırlar.
PM konsultantların sertifikatlaşdırılması üzrə aşağıdakı prinsiplərdən istifadə olunur:
-
Bir konsultant konsultasiyaları layihələr səviyyəsində aparır; digəri isə diqqətini strateji, təşkilati və proqramlaşdırılma mərhələlərinə yönəldir.
-
Ümumi olaraq, konsultantlar üçün nəzərdə tutulmuş IPMA Competence Baseline (ICBC) sənədinin əlavəsində konsultantların kompetensiyaları üzrə öz əksini tapan əsas 14 elementi vardır.
IPMA sertifikasiya sistemi layihələrin idarə edilməsi sahəsi üzrə bəzi dəyişikliklərlə ISO17024 standartına uyğunlaşdırılmışdır. PM konsultantlardan tələb olunan əsas uyğunluq kriteriyaları, funksional əraziləri və öhdəlikləri IPMA kompetensiyasının hər iki mərhələsində öz əksini tapıb:
IPMA PMC : IPMA Certified Project Management Consultant
IPMA PPMC : IPMA Certified Programme and Portfolio Management Consultant