az en  ru 

Primavera-dünyada menecerlər layihələri necə edir

Primavera-dünyada menecerlər layihələri necə edir
25 Noyabr 2016 Fəal
Qiymətlər 1000 AZN
Dil Azərbaycan
Layihə sifarişi

Layihələrin idarə edilməsi üzrə korporativ məlumat sistemi hər bir layihə iştirakçısını qarşısında duran məqsədə çatmaq üçün proqram modulları ilə təmin etməlidir. Primavera proqram təminatı-müxtəlif vəzifələri yerinə yetirən layihə komandasını xüsusiləşdirilmiş alətlər ilə təmin etməyə imkan yaradır. Proqram təminatının hər bir modulu istifadəçiyə gərəkli məlumatı əldə etməyə imkan yaradır. Primavera proqram təminatı bütün layihə iştirakçılar arasında qarşılıqlı əlaqə mühiti yaratmağa imkan verir. Bu mühitdə işləyərək, layihə komandasının iştirakçıları layihədə yerinə yetirilən işlər üzrə məlumatları əldə edə bilirlər. Hər bir iştirakçı əmin ola bilər ki, layihələrin idarə edilməsi üzrə görülən ümumi işdə verdiyi töhvə diqqətdən kənarda qalmayacaqdır və bu məlumat mütləq aidiyyatı şəxs tərəfindən alınacaqdır.

Primavera proqram təminatı IPMA и ISO standartlarının tələblərinə uyğunlaşdırılaraq layihələrin idarə edilməsi proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası 01 dekabr tarixindən etibarən Primavera proqram təminatı üzrə təlimə start verir. Təlim 16 saat olmaqla 8 dərs davam edəcəkdir. Dərslər iş vaxtından sonra keçiriləcəkdir.

Təlim zamanı iştirakçılar bütünlükdə layihənin həyat dövründən keçərək onun planlaşdırılmasından yerinə yetirillməsinədək resursların təyin edilməsi və planların yaradılmasını görülən işlərə əlavə edə biləcəklər. İştirakçılar planlaşdırma və qrafiklərin yaradılması üzrə ətraflı məlumata yiyələnəcəklər.
Təlim zamanı əsasən layihə idarə etməsi üzrə 3 istiqamətə diqqət ayrılacaqdır: qrafik, resurslar və xərclər. Hər dərsin sonunda iştirakçılar praktiki tapşırıqlar əsasında əldə etdiyi bilikləri möhkəmləndirəcəklər.

Təlim kursu əsasən planlaşdırma prosesinə cəlb olunmuş və Project Management funksional modulunu istifadə edən hər bir mütəxəssis üçün nəzərdə tutulmuşdur. Təlimdə iştirak etmək üçün minimal biliklər: Windows sistemində istifadəçi səviyyəsində işləmək.

Qeydiyyat üçün müraciətlər 29 noyabr tarixinədək qəbul edilir: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98

Təlimçi

Layihələrin planlaşdırılması və nəzarəti sahəsində dünyada praktikada ən çox tətbiq olunan Oracle Primavera P6 proqram təminatı üzrə təlimçi.

Oracle Primavera P6 və MS Project üzrə mütəxəssis.

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.