Kitab almaq

Hörmətli həmkarlar,

Image_23.pngBildiririk ki, professor, texniki elmlər namizədi, AzPMA-nın prezidenti, IPMA-nın birinci asessoru İqbal Babayevin "Layihə menecerinin yol xəritəsi” kitabı artıq nəşr edilmişdir. Bu kitab, layihə menecerlərinin beynəlxalq kompetensiya sistemi olan National Competence Baseline Version 3.0 kitabının analoqudur və layihələrin idarə edilməsi üzrə azərbaycan sertifikatlaşdırma proqramı üçün əsas sənəd hesab edilir. Bu standart ilk dəfədir ki, azərbaycan dilində nəşr edilmişdir.

Kitabda peşəkar biliklərin əsasları və Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası – IPMA-nın layihə menecerlərinin kompetensiyalarının qiymətləndirilməsi sistemi göstərilmişdir. Biliyin əsaslarını üç istiqamət - texniki, davranış və kontekstual təşkil edir. Bu strukturda layihələrin, proqramların və portfellərin idarə edilməsi proseslərinin təklif edilən addımları, tədqiqat mövzuları, kompetensiya dərəcələri üzrə qiymətləndirmə kriteriyaları və digər modullarla əlaqəsi göstərilmişdir. Kompetensiya üzrə bilik və qiymətləndirmə modelinin sitemi göz formasındadır və layihələrin idarə edilməsi üzrə bütün elementlərin inteqrasiyasına kompetensiyalı baxışı əks etdirir.

245e70e0ac092ec3ede3e2a7c93b9a3c.jpgGöz – layihənin şəffavlığını və onun görüntüsünü simvolizə edir.



Kitab – aseesorlar, sertifikatlaşdırma üzrə namizədlərə, layihələrin idarə edilməsi üzrə elmi işçi, müəllim, ali məktəb tələbələri, aspirant və doktorantlar üçün nəzərdə tutulmuşdur. Kitab, müxtəlif fəaliyyət sahələri üzrə layihə və proqramların həyata keçirilməsi üzrə təcrübə keçən menecerlərə, eləcə də, təlimçi və müəllimlərə səmərəli ola bilər.

"Layihə menecerinin yol xəritəsi” kitabının əsas bölmələri:

1. Giriş
2. Əsas anlayışlar
3. Sertifikatlaşdırma
4. Elementlərin təsviri
    4.1. Texniki kompetensiya elementləri
    4.2. Davranış kompetensiyası elementləri
    4.3. Kontekstual kompetensiya elementləri
    4.4. Kompetensiyaların əlavə elemntləri (əlavə və sahə)

Kitabın sponsoru ATL Group şirkəti olmuşdur.

Kitabın qiyməti 20 azn.

Kitabı AzPMA-nın ofisində əldə edə bilərsiniz. Ünvan: Bakı ş., Ə.Rəcəbli küç. 153
Tel: + 994 12 404-18-60; +994 55 511 95 98

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.