az en  ru 

Layi̇hələri̇n dayaniqli i̇darə edi̇lməsi̇

Layi̇hələri̇n dayaniqli i̇darə edi̇lməsi̇
3 Oktyabr 2016 Fəal
Qiymətlər 300 AZN
Dil Ingilis dili (tərcümə ilə)
Layihə sifarişi

Təli̇mçi̇ haqda qi̇sa təqdi̇mat

Gilbert Silvius (1963) – Niderlandda LOI Tətbiqi Elmlər Universitetində layihə və proqram menecmenti üzrə professordur. O, Niderlandda layihələrin idarə edilməsi üzrə ilk magistraturanın təşəbbüsçü və akademik lideridir, eləcə də, Johannesburg, Vienna, Manchester, Antwerp, Berlin and Malmö universitelərində mühazirəçidir. Gilbert öz mühazirə və tədqiqatlarında dayanıqlı inkişaf (sustainablility) konsepsiyasının layihələr və layihə menecmenti inteqrasiyasına böyük diqqət ayırır. O, layihə menecmentinin dayanıqlı inkişafı üzrə bir sıra kitablar nəşr etdirmişdir və 2013-cü ildə ”Yaşıl layihə menecmenti” (Green Project Management) mükafatını almışdır.

Bundan əlavə, Gilbert Silvius tanınmış akademik, müxtəlif sahələrdə və layihələrdə çalışan 20 illik təcrübəyə malik layihə meceridir. Gilbert – IPMA, PMI-nın üzvüdür və ISO 21500 – Layihələrin idarə edilməsi üzrə təlimat standartının işlənib hazırlanmasına cəlb edilmişdir.

İlki̇n şərtlər

Kurs iştirakçılarında ilkin olaraq, layihələr və layihələrin idarə edilməsi üzrə biliklərə malik olması üstünlük hesab edilir

Dayaniqli i̇nki̇şaf nə deməkdi̇r (sustainablility)

Dayanıqlı inkişaf (sustainablility) onilliyimizin ən mühüm işlərindən hesab edilir. Onun mahiyyəti- şirkətin yalnız öz şəxsi gəlirini (iqtisadiyyat) deyil, həm də fəaliyyətinin sosial mühümlüyünü və ekoloji fəaliyyətini nəzərə almaqdan ibarətdir. Dayanıqlı inkişaf şirkətin 3 istiqamət – iqtisadiyyat, ekologiya və sosial sahədə strateji faəliyyətini nəzərdə tutur.

Dayanıqlı inkişaf — bu, elə bir inkişafdır ki, hazırki zamanda bütün tələbatları təmin edir və bununla belə, gələcək nəslin öz tələbatlarını təmin etməyi təhlükə altına almır.

Kursun təsvi̇ri̇

Hökümət, qeyri-gəlirli təşkilatlar və şirkətlər ekoloji ziyanın minimallaşdırılması və sosial mənafelərin stimullaşdırılması siyasətindən istifadə edirlər. Bu siyasət bir sıra fəaliyyətlərdə - yeni məhsulların, yeni xidmətlərin işlənib hazırlanması, digər resursların tətbiq edilməsi və biznes proseslərin dəyişdirilməsində öz əksini tapır. Layihə innovasiyaların həyata keçirilməsi məqsədini daşıdığından dayanıqlı inkişafın layihələr üzərindən həyata keçirilməsi daha məntiqli hesab edilir. “Yaşıl” və ya dayanıqlı layihə idarəetməsi layihədə iqtisadi, ekoloji və sosial maraqları balanslaşdırmaq və uyğunluşdırmaq üzrə çağrılara cavab verir.

Təlimin proqramı:

Sessiya 1

  • Layihə nədir? Dayanıqlı inkişaf nə üçün lazımdır?
  • Dayanıqlılıq (sustainablility) konsepsiyası, “yaşıl” və “korporativ” sosial cavabdehlik (corporate social responsibility).
  • Nə üçün dayanıqlı inkişaf və layihə menecmenti?
  • Dayanıqlı inkişafın göstəriciləri
  • Dayanıqlı inkişafa təsir edən sahələr

Sessiya 2

  • Layihənin məqsəd və həcminə görə dayanıqlı inkişaf
  • Biznes keyslər üzərində dayanıqlı inkişaf
  • Marağı olan tərəflər ilə qarşılıqlı əlaqədə dayanıqlı inkişaf
  • Layihələrin idarə edilməsində risklər üzrə dayanıqlı inkişaf
  • Layihənin planlaşdırılmasında dayanıqlı inkişaf
  • Nümunələr və ən yaxşı təcrübələr

Sessiya 3

  • Dayanıqlı inkişafın layihə menecmeti prosesinə inteqrasiyası
  • Dayanıqlı inkişafın idarə edilməsi planı (Sustainability Management Plan)
  • Praktiki keys: dayanıqlı inkişafın idarə edilməsi üzrə planın işlənib hazırlanması
  • Dayanıqlı inkişaf və peşəkarlıq

Sessiya 4

  • Yaşıl layihə menecmenti üzrə sertifikatlaşdırma
  • PRISM (PRojects Integrating Sustainable Methods)
  • İmtahana hazırlıq

Sessiya 5

  • Green Project Management imtahanı (əlavə məbləğ üzrə şəxsi istək əsasında)

Kursun məqsədi̇

Kursdan sonra iştirakçılar əldə edəcəklər:

  • Dayanıqlı inkişafın siyasət və strategiyalarının hıyata keçirilməsində layihələrin rolunun anlamaq .
  • Dayanıqlı inkişafın layihə menecmentinə təsirini təhlil etmək.
  • Öz layihələriniz üçün dayanıqlı inkişafın idarə edilməsi planını işləyib hazırlamaq.
  • Dayanıqlı inkişaf konsepsiyasının layihə meneceri roluna inteqrasiya etmək.
  • İcraedici və digər steykholderlərə layihədə dayanıqlı inkişafın mühümlüyü barədə məsləhətlər vermək.

Ümumi̇ tədri̇s saati:   8 saat (4 dərs, 2 saat davamiyyətlə)

Təlimin dili: ingilis dili (tərcümə ilə)

Materi̇allar

Oxunması üçün tələb:
Təqdimatlar elektron formada təqdim ediləcəkdir.
GPM imtahanı üçün PRISM GPM təlimatı mütləqdir (oxuyun http://greenprojectmanagement.org/standards)

Təklif edilən ədəbiyyat:
Silvius A.J.G., Schipper, R., Planko, J., van den Brink, J. and Köhler, A. (2012), Sustainability in Project Management, Gower Publishing.

Təlimçi

Gilbert Silvius (1963) – Niderlandda LOI Tətbiqi Elmlər Universitetində layihə və proqram menecmenti üzrə professordur. O, Niderlandda layihələrin idarə edilməsi üzrə ilk magistraturanın təşəbbüsçü və akademik lideridir, eləcə də, Johannesburg, Vienna, Manchester, Antwerp, Berlin and Malmö universitelərində mühazirəçidir. Gilbert öz mühazirə və tədqiqatlarında dayanıqlı inkişaf (sustainablility) konsepsiyasının layihələr və layihə menecmenti inteqrasiyasına böyük diqqət ayırır.   O, layihə menecmentinin dayanıqlı inkişafı üzrə bir sıra kitablar nəşr etdirmişdir və 2013-cü ildə ”Yaşıl layihə menecmenti”  (Green Project Management) mükafatını almışdır.

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.