Təlimçilər

Yerli təlimçilər

  IPMA Level D

"Layihələrin idarə edilməsinin əsasları" təlimi və "Microsoft Project" proqram təminatı üzrə təlimçi

İnşaat layihələrinin idarə edilməsi - planlaşdırma, maliyyənin idarə edilməsi, nəzarət, dəyişikliklərin idarə edilməsi üzrə geniş təcrübəyə malikdir.

  IPMA Level B
  Təlimçi

PM İCB kompetensiya elementləri üzrə təlimçi.
Bir sıra beynəlxalq layihələrdə, o cümlədən İT sahəsi üzrə mürəkkəb layihələrdə təcrübəli layihə meneceri

  IPMA Level B
  Təlimçi

Beynəlxalq neft-qaz layihələri və biznes proseslərinin idarə edilməsi sahələrində 10 ildən artıq təcrübəyə malikdir.

Layihələrdə və layihələrin idarə edilməsində dayanıqlıq və tarazlıq məsələlərinə xüsusi diqqət ayırır.

  Primavera proqram təminatı üzrə təlimçi

Layihələrin planlaşdırılması və nəzarəti sahəsində dünyada praktikada ən çox tətbiq olunan Oracle Primavera P6 proqram təminatı üzrə təlimçi.

Oracle Primavera P6 və MS Project üzrə mütəxəssis.

  IPMA Level C
  PM İCB kompetensiya elementləri üzrə Trener və PM Soft kompüter proqramları üzrə Mütəxəssis

Layihələrin İdarə Edilməsi (LİE ) və Mind Mappinq sahələri üzrə təcrübəli Təlimçi / Müəllim;

  IPMA Level B
  PM İCB kompetensiya elementləri üzrə Təlimçi və PM Soft kompüter proqramları üzrə Mütəxəssis

Mühəndislik, riyaziyyat, İT texnologiyalar, Layihələrin İdarə Edilməsi (LİE ) sahələri üzrə təcrübəli Təlimçi / Müəllim.

Beynəlxalq təlimçilər

  Professor, doktor, P2M sisteminin müəllifi

20 il ərzində iri yapon layihələşdirmə– Dzhudishi şirkətinə rəhbərlik edir.  Layihələrin İdarə Edilməsi Yapon Assosiasiyasının təsisçisi və prezidenti, “P2M – müəssisə innovasiyaları əsasında layihə və proqramların idarə edilməsi” sisteminin müəllifi, Lil və Paris (Fransa) Menecment Universitetinin professoru, Layihə Menecerləri Dünya Qlobal Forumunun rəhbəri. Professor, doktor  Hiroşi Tanaka 10 beynəlxalq konqres, simpozium, konfranslar təşkil etmiş və keçirmişdir. O, 50-dən çox beynəlxalq elmi qurultay, simpozium və konfranslarda məruzə ilə iştirak etmişdir.

  IPMA Level А
  Layihələrin idarə edilməsi üzrə tanınmış təlimçi

Texniki elmlər doktoru, professor;

Kiyev İnşaat və Arxitektura Milli Universitetinin proyekt menecment kafedrasının müdiri;

“School of Management” (Fransa, Lille) Universitetnin professoru;

  fəlsəfə elmlər doktoru, MBA magistri

Gilbert Silvius (1963) – Niderlandda LOI Tətbiqi Elmlər Universitetində layihə və proqram menecmenti üzrə professordur. O, Niderlandda layihələrin idarə edilməsi üzrə ilk magistraturanın təşəbbüsçü və akademik lideridir, eləcə də, Johannesburg, Vienna, Manchester, Antwerp, Berlin and Malmö universitelərində mühazirəçidir. Gilbert öz mühazirə və tədqiqatlarında dayanıqlı inkişaf (sustainablility) konsepsiyasının layihələr və layihə menecmenti inteqrasiyasına böyük diqqət ayırır.   O, layihə menecmentinin dayanıqlı inkişafı üzrə bir sıra kitablar nəşr etdirmişdir və 2013-cü ildə ”Yaşıl layihə menecmenti”  (Green Project Management) mükafatını almışdır.

Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.