Layihə menecmenti ilə maraqlananlar üçün ÖDƏNİŞSİZ təlim keçiriləcəkdir

31 oktyabr tarixində Layihə menecmenti ilə maraqlananlar üçün ÖDƏNİŞSİZ təlim keçiriləcəkdir. Təlim Azərbaycanın aparıcı layihə menecerləindən biri olan Rəşad İbrahimov tərəfindən keçiriləcəkdir. O hazırda AzərTürkbankda Project Management Office rəhbəridir.

Layihələrin idarə olunmasının praktik təsviri

Layihənin idarə olunması – biznesin istənilən sahəsində. Bütün fəaliyyət növlərində layihə baxışı. Layihələrin idarə olunması mexanizmləri və metodologiyalarından istifadə etməklə müəssisənin daha səmərəli fəaliyyətinin təşkili və imkanlar. Layihənin həyat dövrü. Qısa keys və praktik məşğələlər.

Kimlərə bizim təlim faydalı olacaqdır?

Layihələrlə işləyən mütəxəssislərə, menecerlərə, yeni və texniki struktur biliklərə ehtiyacı olan təcrübəli menecerlər, ümumi yanaşma və beynalxalq sertifikatlaşma keçmək arzusunda olanlara

Təlimdə hansı bilikləri əldə edəcəksiniz?

  • Layihələrin İdarə Olunması 3+1
  • Keyslərin işlənməsi
  • Layihənin baza əsaslarını anlamaq
  • Layihənizin planlaşdırılması və nəzarəti üçün metod və vasitələri bilmək
  • Komandanızın formalaşması üçün gərək olan üsulları bilmək
  • Layihələri başa çatdırmaq üçün tədbirləri müəyyən etmək
  • Beynəlxalq standartlar və sertifikatlaşma.

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA – ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 300-dən artıq peşəkar, dünya üzrə isə 220.000 nəfərdən artıq IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi