fbpx

Layihələrin idarə edilməsi üzrə rus-dilli qrupun təliminə qeydiyyat başladı

23 yanvar tarixindən etibarən Azərbaycanın aparıcı layihə menecerlərindən biri olan Fərid İbrahimovun 3 həftəlik Beynəlxalq Layihə Menecmenti üzrə Tədris Proqramına qeydiyyat artıq başlamışdır. Tədris Proqramı IPMA üzrə Beynəlxalq Sertifikasiyadan uğurlu keçməyə hazırlıq mərhələsi və layihələri idarə etmək üçün effektiv praktikadır.

“Layihələrin idarə edilməsinin əsasları” təlimi layihə menecerinin əsas kompetensiyalarını mənimsəmək, bir sıra vacib sənədlərlə – layihə nizamnaməsi, işlərin strukturu, zamanın və risklərin izlənməsi, marağı olan tərəflər barədə məlumat və s. ilə işləməyi öyrənəcəklər.  Siz, eləcə də, layihə menecerinin liderlik, özünə-nəzarət, motivasiya, danışıqların aparıması, münaqişlərə və böhranlar və s. kimi davranış xarakteristikaları haqda məlumat əldə edəcəksiniz.

Təlim üzrə ətraflı məlumatı http://2019.ipma.az/020202 linkindən əldə edə bilərsiniz.