Mart ayı üzrə keçirilən Layihə menecerləri klubunun nəticələri

30 mart tarixində Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə Layihə Menecerlərinin klub görüşü keçirilmişdir. 

Görüşü Assosiasiyanın prezidenti İqbal Babayev açaraq, IPMA-da keçirilən Direktorlar Şurasının görüşü və beynəlxalq konfrans barədə, eləcə də, xarıcdə gənc nəslin layihə menecmentinə olan marağı haqda söhbət açdı: “Müasir dövürdə xarici ölkələrdə çalışan layihə menecerləri çox böyük qiymətləndirilir və gənc nəsil də bu peşəyə yiyələnməkdə maraqlıdır. Arzu edirəm ki, Azərbaycanda da gənclər bu peşəyə yaxından maraq göstərsinlər. Gənclərin menecment sahəsində biliklərinin artırılması, onların bu sahədə fəal iştirakının təmin edilməsi, beynəlxalq standartların mənimsənilməsi gələcək layihələrdə öz töhvəsini mütləq verəcəkdir. 

Çıxışından sonra Assosiasiyanın prezidenti İqbal Babayev sertifikatlaşdırma proqramının yeni məzunlarına sertifikatların təqdimatını etmişdir.
Daha sonra isə görüşün məruzəçisi AzPMA-nın məzunu IPMA Level C – Sertifikatlaşdırılmış Layihə Meneceri, BCC Group şirkətində Layihə meneceri Mirsalam Həsənov təqdimatı iştirakçılara təqdim edilmişdir. O, “Qaz kondensant kəmərləri üzərində təmir tikinti ve metal konstruksiya layihəsi” nümunəsində öz təcrübəsi ilə bölüşərək, layihədə qarşıya çıxan risklər və onlarının qarşısının alınması yolları, dəyişikliklərin idarə edilməsi, layihə zamanı riayət olunan 8 qızıl qayda barədə geniş məlumat verdi.

Bu layihədə bütün detallara nəzarət etmək mütləqdir. Məsələn, “Permit to work” prinsipindən istifadə olunarkən, həmin işçinin iş təhlükəsizliyi nəzərə alınır. Ola bilsin ki, otaqda təmir işləri aparılarkən, elektrik xətləri işində tamamlanmayan hissələr olsun və bu təmir işi aparan işçinin səhhətinə birbaşa risk təşkil edir. Bu səbəbdən belə kiçik detallara belə diqqət yetirmək gərəklidir.
Rəhbərlik etdiyim cari layihəni uğurlu hesab edirəm, çünki qarşıya qoyulan məqsədlərə çatmaq üçün və sifarişçi tələblərinin təmin edilməsində bütün detallar araşdırılmış və nəzərə alınaraq yerinə yetirilmişdir.”- deyə Mirsalam Həsənov qeyd etdi.

İştirakçılar görüşün çox maraqlı keçməsini qeyd edərək, Mirsalam Həsənov ilə bir daha görüşmək istədilər. Müzakirələr zamanı bir çox suallar verilərək, layihənin gedişatı barədə diskussiyalar aparıldı.

Tədbirin sonunda IPMA sertifikatlaşdırma proqramını uğurla bitirən beynəlxalq menecerlər ilə dostluq fotoları çəkildi. Beynəlxalq sertifikatlaşdırma proqramını bitirən menecerlər:
Əli Əliyev – IPMA Level B – Modenis şirkəti, Layihə rəhbəri
Fuad Məlikov – IPMA Level B – BEST Solutions şirkəti, Aparıcı layihə meneceri
Sahib Həsənov– IPMA Level C – GT Solutions, Layihə meneceri

Qeyd edək ki, IPMA sertifikatı bütün dünyada tanınır və http://ipma.ch beynəlxalq reyestrdə qeydiyyatdan keçir.