az en  ru 

Layihə menecerlərinin 17-ci AzPMA PM Club görüşünün nəticələri

 Layihə menecerlərinin 17-ci AzPMA PM Club görüşünün nəticələri
6 May 2016
Apreldə layihə menecerlərinin 17-ci klub görüşü keçirilmişdir. Bu dəfə mövzu Azərbaycan Respublikası Dövlət Ödəniş Portalının nümunəsi əsasında İT layihələrin idarə edilməsi və uğurlu olması üzrə suallara həsr edilmişdir. Bu sistem – əhalinin kommunal, telefon, vergi, cərimə və digər ödənişlər etməsi üzrə nəzərdə tutulmuşdur.

Bu görüşlər Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası tərəfindən PM Club görüşləri çərçivəsində mütəmadi olaraq keçirilərək, layihələrin peşəkar səviyyədə həyata keçirilməsində təcrübə mübadiləsinin aparılması və beynəlxalq standartlarla cəlb olunması məqsədini daşıyır.
 
Bu dəfə Roza Butayeva, IPMA level B, CASPEL şirkətinin standartlaşdırma və keyfiyyət üzrə məsləhətçisi iştirakçılar ilə öz təcrübəsini bölüşdü. Çıxışın mövzusu: "Government Payment Portal layihəsi nümunəsində IT layihələrinin işlənib hazırlanması və tətbiq edilməsinin idarə olunması” olmuşdur. Roza Butayeva öz çıxışında dünyada İT layihələrin uğurluluq statistikasından nümunə gətirərək, beynəlxalq praktika və öz şəxsi təcrübəsi üzrə layihələrin uğurluluq kriteriyalarını formalaşdıraraq, www.gpp.az layihəsinin yaranmasından danışdı. Bu portal əhalinin müxtəlif üsullar üzrə (nağd, web-ödənişlər, mobil telefondan ödənişlər, ATM, web –kiosk, bank hesabından və s.) ödənişlərin edilməsi üçün 247 servisidir. Təqdim edilmiş layihə beynəlxalq üç-tərəfli layihə olaraq, AR Milli Bankının sifarişi əsasından həyata keçirilmişdir və 2008-ci ildən etibarən istifadəyə verilmişdir. Layihənin həyata keçirilməsində və dəstək olunmasında Azərbaycanın SINAM Ltd şirkəti iştirak edir.

"Bu layihədə komandamıza müxtəlif təşkilatların cəlb olunması və onların informasiya təhlükəsizliyinin təmin edilməsi üçün ən müasir üsulları tətbiq etmək gərək olmuşdur. Hazırda bu sistemə 69 təşkilat cəlb olunmuşdur. Bura dövlət müəssisələri, kommunal xidmətlər, mobil operatorlar, maliyyə strukturları və s.aid etmək olar. Bir çox təşkilatlardainformasiya sistemləri yetəri qədər müasir səviyyədə olmadığı üçün məlumat mübadiləsi prosesinin standartlaşdırma, həyata keçirilmə və sinxronlaşdırılması o qədər də asan olmadı. Birgə işimizin nəticəsi gözlənilən nəticələrin planlaşdırıldığından daha artıq olması idi. Layihənin uğuru-davamlı inkişaf və keyfiyyətli dəstək ilə istifadənin uzun müddət davam etməsi, artan ödəniş tranzaksiyaları ilə onun iqtisadi effektivliyinin olması ilə təsdiq edilir.” – Roza Butayeva qeyd etdi.

Sonda iştirakçılar layihə məhsulu olan gpp.az portalını və onun daxilindəki şəxsi kabinet imkanlarını nəzərdən keçirdilər. Eləcə də, portalın ödəniş tranzaksiyalarının həcmi üzrə statistik məlumatlara, onların illər üzrə həcminin artma dinamikasına baxış keçirdilər. Hazırda bu sistem üzrə gündəlik olaraq 8,7 mln. manat məbləğində 150000 min ödəniş tranzaksiyaları həyata keçirilir.

Azel Systems şirkətinin prezidneti İqor Yakovenko qeyd etdi: "Belə layihələr Azərbaycanda "Elektron hökumət”in inkişaf etməsinə kömək edir. Onlar bizim gündəlik həyatımızı asanlaşdırır və bütün sakinlər üçün gərəkli məlumatları cəld və keyfiyyətli olaraq əldə etmək imkanı yaradır”

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com
Siyahıya qayiıtmaq
ÜZV OLMAQ
Sayt vasitəsilə ərizə formasını dolduraraq bizə göndərin, daha sonra biz sizinlə əlaqə saxlayaraq Sizi maraqlandıran bütün sualları cavablandıracağıq. 

Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.