az en  ru 

Gənclərin iştirakı ilə Project Management Club keçirildi

Gənclərin iştirakı ilə Project Management Club keçirildi
9 Oktyabr 2017
Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) 30 sentyabrda Project Management Club çərçivəsində tələbələrin və gənc mütəxəssislərin iştirakı ilə növbəti tədbirini keçirmişdir.

Tədbirdə AzPMA prezidenti İqbal Babayev gənclərə layihə menecmentinin müasir dövlət idarəetməsində və biznesdə rolu haqqında geniş məlumat vermişdir. IPMA beynəlxalq sertifikasiyasının layihə menecmentində mühümlüyünü vurğulayan İ.Babayev, IPMA standartlarının artıq 68 ölkədə artıq tətbiq olunduğunu qeyd etdi.

İSO Standratlarının tətbiqi üzrə Azərbaycanda aparıcı mütəxəssislərdən biri olan Roza Butayeva tədbirdə gənclər üçün təlim keçdi. O, təlim çərçivəsində keyifiyyət standartları, onların zəruriliyi və Azərbaycanda bu istiqamətdə olan vəziyyət haqqında danışdı.

Tədbirdə beynəlxalq imtahanlardan uğurla keçənlər təntənəli surətdə IPMA sertifikatları ilə təltif edildilər.
Siyahıya qayiıtmaq
ÜZV OLMAQ
Sayt vasitəsilə ərizə formasını dolduraraq bizə göndərin, daha sonra biz sizinlə əlaqə saxlayaraq Sizi maraqlandıran bütün sualları cavablandıracağıq. 

Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.