az en  ru 

PM Club №18: Layihə proritetlərinin idarə edilməsi

PM Club №18: Layihə proritetlərinin idarə edilməsi
6 May 2016
Sizi AzPMA PM Club görüşlərində layihələrin idarə edilməsi üzrə müxtəlif təcrübələr ilə tanış etməyə davam edirik. Bu dəfəki görüşdə AzPMA-nın prezidenti, IPMA-nın birinci asessoru, IPMA Level A – Sertifikatlaşdırılmış layihələr direktoru, texniki elmlər doktoru, professor İqbal Babayev “LAYİHƏ PRİORİTETLƏRİNİN İDARƏ EDİLMƏSİ” mövzusunda çıxış edəcəkdir. Görüş 19 may, saat 19.00-da ATU-nun nəzdində yerləşən Layihələrin idarə olunması və innovasiyalar mərkəzində keçiriləcəkdir.
Çox zaman şirkətlər portfel layihələrin prioritetlərinin problemləri ilə qarşılaşırlar. Hətta ən yaxşı idarə olunan layihələrdə belə təcrübə əsasında prioritetlərin idarə edilməsi problemi ilə üzləşirlər ki, bu da əsasən layihənin uğursuzluğuna səbəb olur.

Klub görüşündə müzakirə ediləcək suallar çox güman ki, hər birinizi maraqlandırır:

• Layihələrdən daha prioritet olanları necə seçmək olar?
• Prioritetlərin müəyyən edilməsində kim iştirak etməlidir?
• Əməkdaşları müzakirəyə necə cəlb etmək olar?
• Resurslar üzrə müntəzəm müharibəni necə saxlamaq olar?

Bu klub görüşü əsasən layihələr direktoru, departament rəhbərləri, proqram və portfelləri idarə edən layihə menecerləri, layihələrin idarə edilməsi üzrə mütəxəssislər üçün maraqlı olacaqdır.

Görüşün dili: azərbaycan
Xahiş edirik, 18 may tarixinədək İŞTİRAKINIZI TƏSDİQLƏYƏSİNİZ. Qeydiyyat üçün: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98

AzPMA - İPMA qlobal şəbəkəsinin nümayəndəliyidir və IPMA qaydalarına əsasən assosiasiyanın üzvləri üçün görüş pulsuzdur, digərləri üçün isə hər görüş üzrə iştirak 10 AZN təşkil edəcəkdir. AzPMA üzvlüyünün üstünlükləri haqda məlumatı linkdən əldə edə bilərsiniz: http://ipma.az/fundamentals.html

AzPMA PM Club: bir fincan çay ətrafında dostluq kompaniyasında təcrübəçilər üçün təcrübə
Siyahıya qayiıtmaq
ÜZV OLMAQ
Sayt vasitəsilə ərizə formasını dolduraraq bizə göndərin, daha sonra biz sizinlə əlaqə saxlayaraq Sizi maraqlandıran bütün sualları cavablandıracağıq. 

Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.