az en  ru 

Azərbaycanın layihə menecerləri klubu: Layihələrin idarə edilməsində podratçıların seçilməsi və effektiv əlaqələrin yaradılması

Azərbaycanın layihə menecerləri klubu: Layihələrin idarə edilməsində podratçıların seçilməsi və effektiv əlaqələrin yaradılması
17 Aprel 2017

Bu gün respublikamızda müxtəlif sahələr üzrə irimiqyaslı layihələr həyata keçirilir və bununla da, Azərbaycanda həyata keçirilən layihələrə böyük investisiyalar qoyulur. Bu gün demək olar ki, iri layihələrin hər biri layihələndirmə, inşaat və obyektlərin eksplutasiyası üzrə həcmli işləri yerinə yetirən podratçılarlın cəlb edilməsi ilə işləyir. Podratçıların seçilməsi və onlarla qarşılıqlı iş əlaqəsinin yaradılması bacarığı böyük rəqabət üstünlüyü hesab edilərək nəzərdən qaçırılmır, çünki məhz bu istiqamət layihələri zamanında, məhdud büdcə və zəruri keyfiyyətlə həyata keçirilməsinə imkan yaradır.

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası növbəti PM Club görüşünü məhz bu istiqamət üzrə - “Podratçıların seçimi və effektiv əlaqələrin yaradılması” mövzusuna yer ayırmışdı. Bu görüşün məruzəçisi IPMA Level B – Sertifikatlaşdırılmış Aparıcı Layihə Meneceri, ATEF şirkətlər qrupunun Əlaqələr və İcazələr üzrə meneceri Cəsarət Əhədov olacaqdır.

Görüş 21 aprel, saat 17.00-da ATU-nun nəzdində yerləşən Layihələrin idarə olunması və innovasiyalar Mərkəzində keçiriləcəkdir.

Cəsarət Əhədov öz təqdimatında “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi” layihəsi üzərində nümunələr əsasında layihənin həyat dövrü, tenderlərin keçirilməsi və effektiv qiymətləndirilməsi, sifarişçinin tələbləri və ortaya çıxan risklər barədə məlumat verəcəkdir.

Müzakirələr zamanı aşağıdakı mövzulara toxunulacaqdır:

-        Optimal müqavilə modelinin seçilməsi

-        Podratçılarla effektiv qarşılıqlı əlaqələrin qurulması

-        Layihələrin idarə edilməsində beynəlxalq standartların tətbiqi

Görüşün dili: azərbaycan dili

İştirak haqqı 10 AZN (girişdə ödəniş olunur)

AzPMA üzvləri üçün iştirak – pulsuzdur.

AzPMA üzvlüyünün üstünlükləri haqda məlumatı linkdən əldə edə bilərsiniz. 

Qeydiyyat mütləqdir: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98

Hər birinizi 21 aprel, saat 17.00-da ATU-nun nəzdində Layihələrin idarə edilməsi və innovasiyalar Mərkəzində (Bakı ş., H.Cavid prospekti 25, Azərbaycan Texniki Universiteti, 3-cü mərtəbə, 317-ci otaq) keçirələcək görüşdə iştirak etməyə dəvət edirik.

Siyahıya qayiıtmaq
ÜZV OLMAQ
Sayt vasitəsilə ərizə formasını dolduraraq bizə göndərin, daha sonra biz sizinlə əlaqə saxlayaraq Sizi maraqlandıran bütün sualları cavablandıracağıq. 

Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.