fbpx

Növbəti məzunumuz sertifikat aldı

GT Solutions şirkətinin Layihə meneceri Sahib Həsənovu IPMA Level C – Sertifikatlaşdırılmış Layihə meneceri beynəlxalq sertifikatı alması münasibətilə təbrik edirik.
Sizə uğurlu layihələr arzulayırıq.

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA – ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 300-dən artıq peşəkar, dünya üzrə isə 220.000 nəfərdən artıq IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi