Product Management üzrə növbəti ödənişsiz qısamüddətli təlim

AzPMA və LSİM tərəfindən təqdim olunan Product Management üzrə növbəti ödənişsiz qısamqddətli təlim (Product Management: Zero Day) keçirilmişdir. Təlimdə müştərilərin problemlərinə uyğun məhsulların yaradılması, mövcud məhsulların müştəriyə daha yaxın olması, hər bir məhsul və xidmət üçün bazarın həcminin müəyyən olunması, müştəri profili və s. üzrə biliklər təqdim olunmuş və iştirakçılar tərəfindən Böyük Britaniyaya aid praktik keyslər üzərində iş aparılmışdır.

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA – ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 300-dən artıq peşəkar, dünya üzrə isə 220.000 nəfərdən artıq IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi