Resertifikasiya

Resertifikasiya keçmək üçün tələb olunan sənədlər:

Resertifikasiyanın şərtləri layihə idarəçiliyi sahəsində aktiv fəaliyyət, təhsilin davam etdirilməsi və kvalifikasiyanın daima artırılması, eləcə də layihə idarəçiliyi sahəsində iş bacarığı və təcrübə əldə etməkdir.

  • Yenilənmiş ərizə – (yüklə)
  • Yenilənmiş tərcümeyi-hal (CV);
  • Yenilənmiş özünü-qiymətləndirmə vərəqəsi – (yüklə);
  • Yenilənmiş layihə, proqram və portfellər siyahısı;
  • Sertifikatın faktiki etibarlılıq dövründə peşəkar fəaliyyət haqqında hesabat (bura daxildir: layihə, proqram və portfellər çərçivəsində namizəd tərəfindən icra edilmiş funksiya, vəzifə və tapşırıqlar; onların mürəkkəbliyi, eləcə də sertifikat sahibinin həmin layihə, proqram və portfellərdə iştirak müddəti);
  • Sertifikatın faktiki etibarlılıq dövründə təhsilin davam etdirilməsi haqqında hesabat (bura daxildir: istənilən formada təlim keçilməsi, əldə edilmiş təcrübə və namizədin layihə idarəçiliyi sahəsində mütəmadi inkişafına etdiyi sərmayə);
  • Namizədin layihə idarəçiliyi sahəsində iş təcrübəsi ilə tanış olan şəxslərin siyahısı (lazım gəldiyi təqdirdə asessorlar rəy almaq məqsədilə bu şəxslərlə əlaqə saxlaya bilərlər);
  • Namizədin kompetensiyası və peşəkar davranışı haqqında yazılı şikayətlər (əgər varsa);
  • Namizədin kompetensiyası, peşəkar artımı və davranışı haqqında əlavə sübutlar (namizədin öz istəyi ilə).
Resertifikasiya prosedurunun qiyməti:
Dərəcə Məbləğ (Euro)
D 240
C 420
B 900
A 1200

Yenidən sertifikatlaşdırma

Sertifikatların etibarlılıq müddətinin məhdud olması ilə əlaqədar olaraq sertifikatlaşdırılmış layihə menecerləri yenidən sertifikatlaşdırma prosedurunu keçə bilərlər.

Layihə menecerlərinin yenidən sertifikatlaşdırılması proseduru:

Namizəd aşağıda göstərilən bütün sənədləri Assosiasiyaya təqdim edir;

  • Sertifikatlaşdırma orqanı asessorlara yenidən sertifikatlaşdırma prosesini keçən namizədi qiymətləndirmək üçün standart forma təqdim edir;
  • Sertifikatlaşdırma orqanı asessorların ümumi qiyməti əsasında sertifikatın yenilənməsi (etibarlılıq müddətinin artırılması) barədə qərar qəbul edir;
  • Müsbət qərar verildiyi halda namizədə yenilənmiş sertifikat təqdim olunur.
Dərəcə Məbləğ (Euro)
D 120
C 240
B 450
A 600