Xəbərlər

14 Noyabr 2017

Layihənin kvalifikasiyalı idarə edilməsi menecerdən dərin peşəkar biliklər və təcrübə tələb edir. Əgər layihələrin peşəkar idarə edilməsindən söhbət gedirsə, bu zaman ilk növbədə layihələrin həyata keçirilməsi texnologiyalarının mütləq olmasından danışılmalıdır. Bu aspektə vaxtın, büdcənin, risklərin, podratçıların, kommunikasiya və insan resurslarının idarə edilməsini aid edə bilərik ki, AzPMA məhz bu standartlar üzərindən layihə menecerlərinə bilikləri aşılayır.

Ətraflı  

10 Oktyabr 2017

Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyası (AzPMA) ASAN Xidmətin Tədris mərkəzində layihə menecmenti mövzusunda təlim keçirmişdir. Təlimdə ASAN Xidmətin əməkdaşları iştirak etmişdir.

Ətraflı  

10 Oktyabr 2017

29 sentyabr tarixində Layihələrin idarə olunması və innovasiyalar Mərkəzində IPMA-nın beynəlxalq sertifikatlaşdırma proqramını uğurla başa vuran layihə menecerləri və mütəxəssislərə sertifikatların təntənəli təqdimetmə mərasimi keçirilmişdir.

Ətraflı  

24 May 2017

Layihə-hər bir fəaliyyət növü kimi idarəetməyə ehtiyac duyur ki, məhz bu səbəbdən də layihələrin idarə edilməsi üzrə beynəlxalq standartlar işlənib hazırlanmışdır. Belə ki, layihələrin idarə edilməsi üzrə IPMA standartları dünyanın bütün iri şirkətlərində tətbiq olunur. Layihələrin idarə edilməsi Azərbaycan Assosiasiyası 2 iyun tarixindən etibarən IPMA standartlarına əsasən keçirilən “Layihələrin idarə edilməsinin əsasları” təliminə start verir. 

Ətraflı  

27 Aprel 2017

21 aprel tarixində Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə “Podratçıların seçimi və effektiv əlaqələrin yaradılması” mövzusunda layihə menecerlərinin klub görüşü keçirilmişdir.

Ətraflı  

18 Aprel 2017

Bu gün respublikamızda müxtəlif sahələr üzrə irimiqyaslı layihələr həyata keçirilir və bununla da, Azərbaycanda həyata keçirilən layihələrə böyük investisiyalar qoyulur. Bu gün demək olar ki, iri layihələrin hər biri layihələndirmə, inşaat və obyektlərin eksplutasiyası üzrə həcmli işləri yerinə yetirən podratçılarlın cəlb edilməsi ilə işləyir. Podratçıların seçilməsi və onlarla qarşılıqlı iş əlaqəsinin yaradılması bacarığı böyük rəqabət üstünlüyü hesab edilərək nəzərdən qaçırılmır, çünki məhz bu istiqamət layihələri zamanında, məhdud büdcə və zəruri keyfiyyətlə həyata keçirilməsinə imkan yaradır.

Ətraflı  

12 Aprel 2017

“Layihələrin idarə edilməsinin əsasları” təlimi istənilən layihədə istənilən komanda ilə, istənilən şirkətdə uğurlu işin həyata keçirilməsi üçün zəruri olan layihə menecmenti üzrə fundamental bilik və praktiki bacarıqların əldə edilməsi üçün xüsusi olaraq yaradılmışdır.

Ətraflı  

22 Fevral 2017

Bütün dünyada layihələrin idarə edilməsi üzrə böyük bir təcrübənin tətbiqi həyata keçirilməkdədir. Belə ki, layihələrin idarə edilməsi üzrə IPMA standartları dünyanın bütün iri şirkətlərində tətbiq olunur. Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası ətrafına 60 ölkəni birləşdirir. Azərbaycanda isə bu standartların təşviqi Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası - AzPMA tərəfindən həyata keçirilir.

Ətraflı  

13 Fevral 2017

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) və Qərb Universiteti - tələbələrin və gənc mütəxəssislərin layihələrin idarə edilməsi sahəsində kvalifikasiyasının artırılması üzrə IPMA beynəlxalq standartların təlimi ilə bağlı qarşılıqlı əməkdaşlıq sazişi imzalamışdır.


Ətraflı  

6 Yanvar 2017

Layihə-hər bir fəaliyyət növü kimi idarəetməyə ehtiyac duyur ki, məhz bu səbəbdən də layihələrin idarə edilməsi üzrə beynəlxalq standartlar işlənib hazırlanmışdır. IPMA sertifikatlşdırma proqramı – məhdud resurlardan istifadə etməklə layihələrin idarə edilməsində zəruri hesab olunan təcrübə və bacarıqların vahid birləşməsini təşkil edir. Bu standartlara əsasən, layihə meneceri idarəetmənin üç istiqamətdən ibarət olmasını mütləq bilməldir: texniki, davranış və kontekstual.

Ətraflı  

31 Dekabr 2016

İlk öncə həyatımda köhnə ildə etdiyim səhvləri etməməyə söz verirəm. Bu cür “astanalar” köhnə ili yeni ildən ayırır. Və yeni ilin bu xüsusiyyəti həmçinin layihə idarəetməsində istifadə edilməlidir.

Ətraflı  

27 Dekabr 2016

24 dekabr tarixində “Layihələrin idarə edilməsində informasiya texnologiyaları və məhsullar” mövzusunda layihə menecerlərinin klub görüşü keçirilmişdir. Təşkilatçı - Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası – AzPMA olmuşdur. Bu görüşlərin keçirilməsində əsas məqsəd layihələrin peşəkar səviyyədə həyata keçirilməsində təcrübə mübadiləsinin aparılması və beynəlxalq standartlarla cəlb olunmasıdır.

Ətraflı  

19 Dekabr 2016

İnformasiya texnologiyaları dedikdə, proseslərin cəmlənməsi, ötürülməsi, məlumatın saxlanılması və istifadəçilərə çatdırılması nəzərdə tutulur. Layihələrin İdarə Edilməsi Assosiasiyası Azərbaycanda həyata keçirilən maraqlı layihə təcrübələrini toplamaq və onları layihələrlə işləyən bütün mütəxəssislərlə bölüşməyi özünə vəzifə hesab edir.

Ətraflı  

25 Noyabr 2016

Layihələrin idarə edilməsi üzrə korporativ məlumat sistemi hər bir layihə iştirakçısını qarşısında duran məqsədə çatmaq üçün proqram modulları ilə təmin etməlidir. Primavera proqram təminatı-müxtəlif vəzifələri yerinə yetirən layihə komandasını xüsusiləşdirilmiş alətlər ilə təmin etməyə imkan yaradır.
Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası 01 dekabr tarixindən etibarən Primavera proqram təminatı üzrə təlimə start verir. Təlim 16 saat olmaqla 8 dərs davam edəcəkdir. Dərslər iş vaxtından sonra keçiriləcəkdir.

Ətraflı  

4 Noyabr 2016

Uğurlu təşkilatlar layihələri məhdud vaxt və nəzərdə tutulmuş büdcə üzrə həyata keçirərək uğurlu nəticələr əldə edirlər. Bu səbəbdən də, rəhbərlər layihələri effektiv idarə edə biləcək mütəxəssisləri cəlb etməkdə maraqlıdırlar. Layihə komandasını necə yaratmalı? Layihə büdcəsinə necə nəzarət etməli? Bu suallar layihələrin idarə edilməsində aparıcı hissələr hesab edilməklə bərabər, konkret layihə çərçivəsində digər proseslər ilə də sıx əlaqəlidir.
Hər birinizi Noyabr ayında başlayacaq təlimlərimizdə iştirak etməklə bu mütəxəssisləşmiş kompetensiyalar ilə tanış olmağa dəvət edirik.

Ətraflı  

3 Noyabr 2016

Dostlar, həmkarlar, hörmətli layihə menecerləri!

Peşəkar bayram - Beynəlxalq Layihə Meneceri günü münasibətilə səmimi təbriklərimizi Sizə çatdırırıq!

Ətraflı  

14 Oktyabr 2016

12 oktyabr tarixində AZPMA-nın Prezidenti İqbal Babayev Azərbaycanın layihə menecerlərini IPMA-nın (Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası) beynəlxalq sertifikatını alması münasibətilə təbrik etdi. AzPMA Azərbaycanda IPMA-nın rəsmi nümayəndəliyidir və  dünyanın 60-dan artıq ölkəsi tərəfindən tanınan IPMA beynəlxalq sertifikatını vermək hüququna malikdir.

Ətraflı  

16 Sentyabr 2016

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) 24 sentyabr tarixində saat 12.00-da “Layihələrin maliyyələşdirilməsi: mexanizmlər və üsullar” mövzusuna həsr olunan növbəti PM Club görüşünü keçirəcəkdir. Görüşün qonağı IPMA Level B-sertifikatlaşdırılmış aparıcı layihə meneceri, SOFAZ layihələrinin və büdcəsinin planlaşdırılması bölməsinin rəhbəri Müşviq Bayramov olacaqdır.

Ətraflı  

26 İyul 2016

Statistikaya əsasən, 70%-dən artıq layələr uğursuz hesab edilir, təcrübədə isə bu rəqəm daha da artıqdır. İstənilən sahə üzrə layihələri effektiv idarə etmək üçün IPMA (International Project Management Association) beynəlxalq nəzəriyyəsi əsasında 1 ay müddətində təlimlənərək bilik əldə etmək mümkündür. Bütün məzunlar İsveçrədə rəsmi saytda qeydiyyatdan keçən (www.ipma.ch) IPMA-nın beynəlxalq sertifikatını əldə edirlər. Proqrama yazılmaq üçün sənədlər 5 avqust 2016-cı il tarixinədək info@ipma.az elektron ünvanı vasitəsilə qəbul edilir.

Ətraflı  

12 İyul 2016

Layihələrin İdarə Edilməsi Azərbaycan Assossiasiyası (AzPMA) yeni rəsmi saytını - www.ipma.az təqdim edir.

Yeni sayt rahat və asan interfeysə malik olmaqla bərabər, bütün dünyada, eləcə də Azərbaycanda layihələrin idarə edilməsinin inkişafını izləmək və layihələrin idarə edilməsi kompetensiyalarının bütün sahələri üzrə beynəlxalq sertifikatlaşdırma və təlim haqda məlumatları əldə etmək imkanını yaradacaqdır.

Ətraflı  

  • 1
  • 2
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.