az en  ru 

Azərbaycanın layihə menecerləri internet vasitəsilə ödəniş edilməsi sistemi üzrə biznes-keysi nəzərdən keçirəcəklər.

Azərbaycanın layihə menecerləri internet vasitəsilə ödəniş edilməsi sistemi üzrə biznes-keysi nəzərdən keçirəcəklər.
30 Mart 2016
Layihələrin idarə edilməsi Azərbaycan Assosiasiyası layihə menecerlərini daimi olaraq keçirilən Project Managers’ Club görüşündə iştirak etməyə dəvət edir. Layihə menecerlərinin 17-ci görüşü 2 aprel tarixində ATU-nun nəzdində yerləşən Layihələrin idarə olunması və innovasiyalar Mərkəzində keçiriləcəkdir. Görüş informasiya texnologiyaları və internet vasitəsilə ödəniş sistemlərinə həsr olunacaqdır.

Məruzəçi kimi məzunumuz Roza Butayeva - IPMA level B, Caspel şirkətində məsləhətçi çıxış edəcəkdir. Çıxışın mövzusu "Government Payment Portal layihəsi nümunəsində IT layihələrinin işlənib hazırlanması və tətbiq edilməsinin idarə olunması” olacaqdır. Roza Butayeva öz çıxışında 24/7 rejimində ödəniş hesabları üçün rahat servisin yaradılması, layihədə qarşıya qoyulan vəzifələr və əldə edilmiş nəticələr haqda danışacaqdır. Bundan əlavə, sistemin genişləndirilməsi və onun gələcək trasnformasiyası üzrə dəyişikliklərə aid mövzulara toxunulacaqdır.

Müzakirə sualları əsasən aşağıdakı mövzuları əhatə edəcəkdir:
- nə üçün statistikaya əsasən Dünya bankının maliyyələşdirdiyi 70% IT layihələr uğursuzluğa uğramışdır
- IT layihənin uzun müddət uğurla tətbiq edilməsi və fəaliyyəti üçün nə tələb olunur
- Təşkilatın avtomatlaşdırılması üzrə düzgün yanaşmanı necə təşkil etmək olar

Görüş layihə menecerləri, IT mütəxəssislər, yenicə iş fəaliyyətinə başlayan mütəxəssislər üçün maraqlı olacaqdır. Bütün iştirakçılar müzakirələrdə iştirak etmək və suallarına cavab tapmaq imkanı qazanacaqdır. Project Managers` Club görüşlərinin keçirilməsində əsas məqsəd layihələrin idarə edilməsi sahəsində çalışan mütəxəssislər arasında təcrübə mübadiləsinin yaradılması və Azərbaycanın layihə menecerlərinin beynəlxalq standartlar üzrə işləməsinə cəlb edilməsidir.

Görüşün dili: təqdimat ingilis/rus dilində olacaqdır

İştirak haqqı 10 азн (girişdə ödəniş olunur)
AzPMA üzvləri üçün iştirak – pulsuzdur. AzPMA üzvlüyünün üstünlükləri haqda məlumatı linkdən əldə edə bilərsiniz: http://ipma.az/fundamentals.html

Qeydiyyat üçün: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98

Keçirildiyi tarix: 2 aprel, saat 12.00 (davamiyyəti 2 saat).

Keçirildiyi yer: Bakı ş., H.Cavid prospekti 25, Azərbaycan Texniki Universiteti, 3-cü mərtəbə, 317-ci otaq, Layihələrin idarə edilməsi və innovasiyalar Mərkəzi.


Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com
Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.