az en  ru 

AzPMA-nın yeni saytı istifadəyə verildi!

AzPMA-nın yeni saytı istifadəyə verildi!
12 İyul 2016
Layihələrin İdarə Edilməsi Azərbaycan Assossiasiyası (AzPMA) yeni rəsmi saytını - www.ipma.az təqdim edir.

Yeni sayt rahat və asan interfeysə malik olmaqla bərabər, bütün dünyada, eləcə də Azərbaycanda layihələrin idarə edilməsinin inkişafını izləmək və layihələrin idarə edilməsi kompetensiyalarının bütün sahələri üzrə beynəlxalq sertifikatlaşdırma və təlim haqda məlumatları əldə etmək imkanını yaradacaqdır.

Bu saytın köməkliyi ilə istifadəçilər layihələrin idarə edilməsi üzrə təlimlər, seminarlar, konfranslar, IPMA-nın 65 ölkəsi üzrə milli assosiasiyaların şəbəkəsi çərçivəsində keçirilən tədbirlər, eləcə də AzPMA-nın təşkil etdiyi keçmiş və gələcək tədbirləri haqda operativ məlumat əldə edə biləcəklər.

Saytın funksional xüsusiyyətləri:
  • Azərbaycan, rus və ingilis dillərində məlumat
  • Layihə menecerləri, layihələrin idarə edilməsi üzrə mütəxəssislər, tələbələr, aspirantlar və biznes struktur nümayəndələri üçün bütün xidmətlər üzrə aktual məlumatlar
  • Layihələrin idarə edilməsi üzrə təlim və tədris materialları
  • Layihələrin idarə edilməsi üzrə gəncləri maraqlandıran məsləhətlər, rəylər və müxtəlif suallar
  • Gənc Layihə Menecerləri (Young Crew) üçün ayrıca məlumat bloku
  • Azərbaycanın layihə menecerləri, beynəlxalq təlimləri və tədris kursları haqda məlumat

“Biz layihə menecerlərinə yeni portalımızı təqdim etməyə şadıq. Bu gün İnternet vasitəsilə məlumat əldə etmək və xidmət göstərməklə vaxtımıza qənaət edirik. Vaxt isə - pul deməkdir. Mən əminəm ki, yeni saytımız iştirakçılara bizim fəaliyyətimiz, strategiyamız barədə dəqiq görüntü yaratmağa və layihələrin idarə edilməsinin inkişafı üzrə daha ətraflı məlumat əldə etməyə imkan yaradacaqdır.” – AzPMA-nın prezidenti, professor İqbal Babayev qeyd etdi.

AzPMA-nın www.ipma.az saytında məlumatlar daim yenilənərək layihələrin idarə edilməsi sahəsi üzrə şirkətlərin son xəbərləri və tendensiyalar barədə xəbərləri artırmaqda davam edəcəkdir.
Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.