az en  ru 

Səmərəli yay: beynəlxalq layihə meneceri karyerası

Səmərəli yay: beynəlxalq layihə meneceri karyerası
26 İyul 2016

Statistikaya əsasən, 70%-dən artıq layələr uğursuz hesab edilir, təcrübədə isə bu rəqəm daha da artıqdır. İstənilən sahə üzrə layihələri effektiv idarə etmək üçün IPMA (International Project Management Association) beynəlxalq nəzəriyyəsi əsasında 1 ay müddətində təlimlənərək bilik əldə etmək mümkündür. Bütün məzunlar İsveçrədə rəsmi saytda qeydiyyatdan keçən IPMA-nın beynəlxalq sertifikatını əldə edirlər. Proqrama yazılmaq üçün sənədlər 5 avqust 2016-cı il tarixinədək info@ipma.az elektron ünvanı vasitəsilə qəbul edilir.

LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ üzrə biliklərə yiyələnmək çox sadədir: bunun üçün beynəlxalq təlim və sertifikatlaşdırma sistemi yaradılmşdır. Proqramı IPMA-nın beynəlxalq sertifikatlaşdırma üzrə Azərbaycanda rəsmi orqanı Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) keçirir.

Proqram - təlim və imtahandan ibarətdir, sonda məzun olan şəxslər bütün dünyada tanınan IPMA sertifikatını alacaqlar. Təlim və imtahan namizədə münasib olan dildə (azərbaycan, rus, ingilis) keçirilir.

Eləcə də oxuyun: AzPMA-da layihə menecerləri üçün yeni kitabın təqdimatı keçirildi

"Layihələrin idarə edilməsinin əsasları” üzrə TƏLİM layihə menecerinin əsas kompetensiyalarına malik olmaq üçün imkan yaradacaq, əsas sənədlər olan: layihə nizamnaməsi, iş strukturu, vaxtın, risklərin idarə edilməsi, marağı olan tərəflər haqda məlumatlar və s. haqda öyrədəcəkdir. Siz eləcə də, liderlik, özünü-idarəetmə, motivasiya, danışıqların aparılması, münaqişələr, böhranlar və s. üzrə şəxsi xarakteristikalar haqda məlumaat əldə edəcəksiniz. Microsoft Project proqram təminatının öyrənilməsinə də ayrıca məşğələ həsr ediləcəkdir. Təlim 24 saat müddətində, hər dərs 2 saat olmaqla, 12 dərsdən ibarət olacaqdır (iş saatından sonra)

Daha sonra namizədlər İMTAHAN verir, eləcə də, interaktiv praktiki sessiyalar zamanı komanda işində fəallığı üzrə qiymətləndirilir. "С” və daha yüksək dərəcələr layihə hesabatı yazır və asessorlar ilə müsahibədən keçirlər.

Eləcə də oxuyun: Uğur tarixi

Kursun tam proqramı 2 ay müddətində davam edir və artıq 8 OKTYABR TARİXİNDƏ MƏZUNLAR IPMA SERTİFİKATINA və layihə menecerliyi üzrə aşağıdakı beynəlxalq statusa yiyələnir:

• "D” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis;
• "С” dərəcəsi – sertifikatlaşdırılmış layihə meneceri;
• "B” dərəcəsi – sertifikatlaşdırılmış aparıcı layihə meneceri;
• "A” dərəcəsi – layihələr direktoru.

Proqramın qiyməti müraciət etdiyiniz dərəcədən və layihələr üzrə təcrübənizdən asılıdır. Sertifikatın təsdiqlənməsi və alınması üşün xaricə getmək lazım deyil, belə ki, bütün mərhələlər Bakıda, AzPMA ofisində Sizə münasib olan vaxtda keçirilir.

Eləcə də oxuyun: AzPMA-nın yeni saytı istifadəyə verildi!

IPMA sertifikatlaşmasının üstünlükləri:

• Layihələrin idarə edilməsi üzrə beynəlxalq biliklər
• Dünya səviyyəsi üzrə layihələrin idarə edilməsi
• Menecerlik bilik və bacarıqlarınızın beynəlxalq təsdiqi, asessorlar tərəfindən müstəqil qiymətləndirmə
• Karyera inkişafı və layihələrin inkişafı üzrə sertifikat dərəcəsinin artırılması
• Layihə menecmenti üzrə beynəlxaql təcrübə əldə edilməsi və beynəlxalq layihələrdə iştirak etmək imkanı
• Beynəlxalq layihə menecerləri ilə bilik mübadiləsi

Qeydiyyat üçün müraciət edə bilərsiniz: info@ipma.az, tel.: +99-412-404-18-60, mob.: +99 455 511 95 98

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (milli) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 236 peşəkar, dünya üzrə isə 220.000 nəfər IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalqmilli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədrisüzvlük klubunda təcrübə mübadiləsi
Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.