az en  ru 

Azərbaycanın layihə menecerləri klubu: layihələrin maliyyələşdirilməsi üzrə mexanizmlər və üsullar

Azərbaycanın layihə menecerləri klubu: layihələrin maliyyələşdirilməsi üzrə mexanizmlər və üsullar
16 Sentyabr 2016


Azərbaycanın layihə menecerləri klubu: layihələrin maliyyələşdirilməsi üzrə mexanizmlər və üsullar

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) 24 sentyabr tarixində saat 12.00-da “Layihələrin maliyyələşdirilməsi: mexanizmlər və üsullar” mövzusuna həsr olunan növbəti PM Club görüşünü keçirəcəkdir. Görüşün qonağı IPMA Level B-sertifikatlaşdırılmış aparıcı layihə meneceri, SOFAZ layihələrinin və büdcəsinin planlaşdırılması bölməsinin rəhbəri Müşviq Bayramov olacaqdır.

Görüş zamanı aşağıdakı suallara toxunulacaqdır:
- Kapitalın cəlb olunmasına dair məsələlər
- Maliyyələşdirmə strukturunun təşkili

Həmçinin, tədbir çərçivəsində nümunələr əsasında layihələrin maliyyələşdirilməsində iştirak edən Neft Fondu, SOCAR, dövlət investisiya şirkəti kimi bir sıra dövlət müəssisələrinin, eləcə də özəl bankların nümunələri təqdim ediləcəkdir.

Project Managers` Club görüşlərinin keçirilməsində əsas məqsəd layihələrin idarə edilməsi sahəsində çalışan mütəxəssislər arasında təcrübə mübadiləsinin yaradılması və Azərbaycanın layihə menecerlərinin beynəlxalq standartlar üzrə işləməsinə cəlb edilməsidir.

Görüşün dili: təqdimat ingilis dilində olaraq, azərbaycan və rus dillərinə tərcümə ediləcəkdir.

Görüşə ilkin olaraq AzPMA üzvlərini, eləcə də, layihələr rəhbəri, layihələr direktoru, departament direktorlarını, layihələrin idarə edilməsi üzrə mütəxəssisləri, layihə komandısının üzvlərini dəvət edirik.

AzPMA Azərbaycanda IPMA qlobal şəbəsinin üzvüdür və qaydalara əsasən, Assosiasiya üzvləri üçün iştirak pulsuzdur, digər iştirakçılar üçün isə 10 azn təşkil edəcəkdir. AzPMA üzvülüyünün üstünlüyü barədə məlumatı linkdən əldə edə bilərsiniz: http://ipma.az/membership/advantages/

DİQQƏT!!!
Tədbirdə iştirak etmək üçün irəlicədən qeydiyyatdan keçmək mütləqdir: Bunun üçün info@ipma.az elektron ünvanna yaza və ya +994 12 404 18 60, +994 55 511 95 98 nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərsiniz.

Tarix və zaman: 24 senytabr tarixində saat 12.00 (davamiyyəti 2 saat).

Keçirildiyi yer: Bakı ş., H.Cavid prospekti 25, Azərbaycan Texniki Universiteti, 3-cü mərtəbə, 317-ci otaq, Layihələrin idarə edilməsi və innovasiyalar Mərkəzi.

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com


***
AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 239 peşəkar, dünya üzrə isə 220.000 nəfər IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.