az en  ru 

AzPMA-da Azərbaycanın layihə menecerlərinə IPMA-nın beynəlxalq sertifikatı təqdim edildi

AzPMA-da Azərbaycanın layihə menecerlərinə IPMA-nın beynəlxalq sertifikatı təqdim edildi
14 Oktyabr 2016



14 oktyabr 2016-cı il
Bakı ş.

AzPMA-da Azərbaycanın layihə menecerlərinə IPMA-nın beynəlxalq sertifikatı təqdim edildi

12 oktyabr tarixində AZPMA-nın Prezidenti İqbal Babayev Azərbaycanın layihə menecerlərini IPMA-nın (Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası) beynəlxalq sertifikatını alması münasibətilə təbrik etdi. AzPMA Azərbaycanda IPMA-nın rəsmi nümayəndəliyidir və dünyanın 60-dan artıq ölkəsi tərəfindən tanınan IPMA beynəlxalq sertifikatını vermək hüququna malikdir.

AzPMA-nın Prezidenti, IPMA level A, IPMA-nın birinci asessoru, professor İqbal Babayev çıxışında bildirdi: “Layihə nə deməkdir? Düşünürəm ki, hər biriniz bilir və anlayr ki, bu nə ev, nə də çertyoj deyil, tələb olunan nticələrə yönələn işlər kompleksi və alətlərdir. Artıq dünyada 240 000 min nəfərdən artıq mütəxəssis IPMA sertifikatına yiyələnmişdir. Bu gün Azərbaycanda sertifikatlaşdırılmış layihə menecerlərinin sayı artır. Artıq onların sayı 236 nəfərə çatmışdır. Biz Sizi müvəffəqiyyətli nəticələr əldə etdiyinizə görə təbrik edir, Sizinlə və Sizin nəticələrinizlə qürur duyuruq. Bu gündən etibarən Sizin məlumatlarınız IPMA-nın sertifikatlaşdırılmış menecerlərinin beynəlxalq reyestrində və milli reyestrdə qeydiyyatdan keçəcəkdir.”

IPMA sertifikatı layihə menecerinin texniki, davranış və kontekstual kompetensiyalara maik olmasını sübut edir. Dörd-dərəcəli sertifikatlaşdırma sistemi (A, B, C, D) layihə menecerinin təcrübə və kompetensiyalarını təsdiq edir. «С» və «D» dərəcəsi üzrə sertifikasiyadan keçən menecerlər qiymətləndirmə proesi üzrə test imtahanı, esse, praktiki sessiyaları uğurla başa vurdular. «С» dərəcəsi üzrə namizədlər həmçinin layihə hesabatı təqdim edərək asessorlarla müsahibədən keçdilər və layihələrin idarə edilməsi üzrə üç ildən artıq şəxsi təcrübələrinin olmasını sübut etdilər.

IPMA-nın beynəlxalq sertifikatını alan menecerlər:
• Rahim Məmmədov, “Azərbaycan Dövlət Neft Fondu”, layihələr şöbəsinin direktoru – IPMA Level B
• Zaur Şükürov, “Azərbaycan Dövlət Neft Fondu”, iqtisadçı - IPMA Level C
• Natalya Kazımzadə, “Kayton” şirkəti, direktor – IPMA level D
• Kamilə Əkbərova, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, doktorantura üzrə müfəttiş- IPMA level D
• Yevgeniy Kazıyev, “Caspian Marine Services” şirkəti, planlaşdırma mütəxəssisi- IPMA level D
• İlham Yaqubov, “Caspian Marine Services” şirkəti, elektrik mühəndisi - IPMA level D


SAM_4430.JPG

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 236 peşəkar, dünya üzrə isə 220.000 nəfər IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi




Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.