az en  ru 

Təbrik edirik! Bu gün Beynəlxalq Layihə Meneceri günüdür!

Təbrik edirik! Bu gün Beynəlxalq Layihə Meneceri günüdür!
3 Noyabr 2016

Dostlar, həmkarlar, hörmətli layihə menecerləri!

Peşəkar bayram - Beynəlxalq Layihə Meneceri günü münasibətilə səmimi təbriklərimizi Sizə çatdırırıq!

Bu gün bütün dünyada layihə menecerlərinin ünvanına biznesin, dövlətin, insanların sosial və digər həyat sahələrinin inkişafında verdiyikləri töhfəyə görə təşəkkürlər səslənir. Layihə menecerlərinin enerjisi, istedadı, ixtiraları olmasaydı biz bu gün başqa bir dünyada yaşayardıq, bir çox ideya və ixtiralar praktiki nəticə və məhsullaradək gəlib çıxmazdı. Azərbaycanda iri dəyişikliklər etmək üçün bir çox peşəkar layihə menecerlərinə ehtiyac var. Bu gün bütün regionlarda iri-həcmli, unikal, innovativ layihələr həyata keçirilir və çox vaxt təcrübəli layihə menecerlərinə ehtiyac duyulur. Bütün bunlara əsaslanaraq, hər birimiz bu layihə və proqramlar üzrə cavabdehliyi öz üzərinə götürmüş layihə menecerlərinə böyük təşəkkürümüzü bildirməliyik.

Əməyinizə, layihə nəticələrinizə və layihələrin idarə edilməsi peşəsinin inkişafında nailiyyətlərinizə görə Sizə təşəkkürümüzü bildiririk! Peşəkar Bayramınızı təbrik edirik! Sizə uğurlu layihələr arzulayırıq!

Hörmətlə, AzPMA (Azerbaijan Project Management Association)


Bizə qoşulun:
Facebook
LinkedIn

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.