az en  ru 

Uğurlu layihələrə gedən yol bilikdən başlayır!

Uğurlu layihələrə gedən yol bilikdən başlayır!
4 Noyabr 2016

Uğurlu təşkilatlar layihələri məhdud vaxt və nəzərdə tutulmuş büdcə üzrə həyata keçirərək uğurlu nəticələr əldə edirlər. Bu səbəbdən də, rəhbərlər layihələri effektiv idarə edə biləcək mütəxəssisləri cəlb etməkdə maraqlıdırlar.

Layihə fəaliyyətinin geniş yayılması ilk növbədə təyin edilmiş resurslarların effektiv istifadə edilməsi və məhdud zaman ərzində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün imkan yaradan layihə yanaşmasının istifadəsi ilə sıx əlaqəlidir.

Layihə komandasını necə yaratmalı? Layihə büdcəsinə necə nəzarət etməli? Bu suallar layihələrin idarə edilməsində aparıcı hissələr hesab edilməklə bərabər, konkret layihə çərçivəsində digər proseslər ilə də sıx əlaqəlidir.

Hər birinizi Noyabr ayında başlayacaq təlimlərimizdə iştirak etməklə bu mütəxəssisləşmiş kompetensiyalar ilə tanış olmağa dəvət edirik. Kompetensiyalar haqda ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Təlim şirkət rəhbərləri, layihələrdə iştirak edən funksional bölmə rəhbərləri, layihə rəhbərləri və onların komandasının üzvləri, layihə ofisi mütəxəssisləri, aparıcı texniki mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Təlim 12 dərs olmaqla, ümumilikdə 24 saatı əhatə edir. Start – 11 Noyabr!

Təlimdən sonra iştirakçılar imtahan verərək BEYNƏLXALQ SERTİFİKAT əldə edə biləcəklər. Onların bilik və təcrübələri test sualları, esse və məntiqi tapşırıqlar üzərindən, eləcə də, interaktiv praktiki sessiyalar zamanı komanda işində fəallığı üzrə qiymətləndirilir. "С” və daha yüksək dərəcələr layihə hesabatı yazır və asessorlar ilə müsahibədən keçirlər. Bütün sertifikatlar IPMA-nın İsveçrədə rəsmi saytında qeydiyyatdan keçir (www.ipma.ch).

İmtahanı uğurla başa vuran iştirakçılar layihə menecerliyi üzrə IPMA SERTİFİKATINA və aşağıdakı beynəlxalq statuslara yiyələnmək imkanı qazanır:

• "D” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis;
• "С” dərəcəsi – sertifikatlaşdırılmış layihə meneceri;
• "B” dərəcəsi – sertifikatlaşdırılmış aparıcı layihə meneceri;
• "A” dərəcəsi – layihələr direktoru.

Təlimin proqramı haqqında daha ətraflı məlumata Buradan baxa bilərsiniz.

Qeydiyyat üçün müraciətlər 10 noyabr tarixinədək qəbul edilir: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98
Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.