az en  ru 

Azərbaycanın layihə menecerləri klubu: Layihələrin idarə edilməsində informasiya texnologiyaları və məhsullar

Azərbaycanın layihə menecerləri klubu:  Layihələrin idarə edilməsində informasiya texnologiyaları və məhsullar
19 Dekabr 2016

İnformasiya texnologiyaları dedikdə, proseslərin cəmlənməsi, ötürülməsi, məlumatın saxlanılması və istifadəçilərə çatdırılması nəzərdə tutulur. Layihələrin İdarə Edilməsi Assosiasiyası Azərbaycanda həyata keçirilən maraqlı layihə təcrübələrini toplamaq və onları layihələrlə işləyən bütün mütəxəssislərlə bölüşməyi özünə vəzifə hesab edir.

Bu dəfə görüşün məruzəçisi və layihə barədə ətraflı məlumat verən IPMA Level C – Sertifikatlaşdırılmış Layihə Meneceri, Modenis şirkətinin İT Departamentində Layihə Meneceri Əli Əliyev olacaqdır. Görüş 24 dekabr, saat 12.00-da ATU-nun nəzdində yerləşən Layihələrin idarə olunması və innovasiyalar Mərkəzində keçiriləcəkdir.

Əli Əliyev "eManat və VEKTOR pul köçürmələri” layihəsi barədə məlumat verərək, qarşıya çıxan risk və problemlərdən, onların həlli və komandanın irəli aparılması üzrə layihə menecerinin hansı liderlik xüsusiyyətlərinə malik olması aspektlərinə toxunacaqdır. Həmçinin, təqdimatda layihənin həyata keçirilməsi və onun məqsədləri; vaxta qənaət etmək üçün bu tip layihələrin oynadığı rol, İT layihələrin hansı standartlar üzrə hazırlanmasına nəzarət etməkdən danışacaqdır.

Müzakirələr zamanı İT-sistemin yaradılması standartı və sənədləşmə, İT və ya PM standartlarından hansına əməl etmək üzrə suallara toxunulacaqdır.

Görüşün dili: azərbaycan/rus dili

İştirak haqqı 10 AZN (girişdə ödəniş olunur)

AzPMA üzvləri üçün iştirak – pulsuzdur.

AzPMA üzvlüyünün üstünlükləri haqda məlumatı linkdən əldə edə bilərsiniz. 

Qeydiyyat üçün: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98

Hər birinizi 24 dekabr, saat 12.00-da ATU-nun nəzdində Layihələrin idarə edilməsi və innovasiyalar Mərkəzində (Bakı ş., H.Cavid prospekti 25, Azərbaycan Texniki Universiteti, 3-cü mərtəbə, 317-ci otaq) keçirələcək görüşdə iştirak etməyə dəvət edirik.

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.