az en  ru 

Layihələrin idarə edilməsində informasiya texnologiyaları və məhsullar: layihə menecerləri klubunun nəticələri

Layihələrin idarə edilməsində informasiya texnologiyaları və məhsullar: layihə menecerləri klubunun nəticələri
27 Dekabr 2016
24 dekabr tarixində “Layihələrin idarə edilməsində informasiya texnologiyaları və məhsullar” mövzusunda layihə menecerlərinin klub görüşü keçirilmişdir. Təşkilatçı - Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası – AzPMA olmuşdur. Bu görüşlərin keçirilməsində əsas məqsəd layihələrin peşəkar səviyyədə həyata keçirilməsində təcrübə mübadiləsinin aparılması və beynəlxalq standartlarla cəlb olunmasıdır.

Görüşün məruzəçisi AzPMA-nın məzunu, IPMA C dərəcəsi üzrə sertifikatlaşdırılmış menecer, Modenis şirkətində layihə meneceri çalışan Əli Əliyev olmuşdur. O, Bank Respublika ilə birgə “eManat və VEKTOR pul köçürmələri” layihəsinin həyata keçirilməsində idarəedici rol oynamışdır. Təqdimatda layihə planlaşdırılmasının əsas mərhələləri üzrə ideyanın təşəbbüsündən başlayaraq, problemlərin ortaya çıxması və həlli yolları, eləcə də layihə riskləri və texniki dəstək barədə danışılmışdır. Müzakirələr əsasən layihənin texniki detalları, eləcə də onun ödənilməsi üzərində olmuşdur. Məruzəçi texniki dəstək barədə danışaraq, qeyd etdi ki, nəzarət hər gün keçirilir. Əgər plan üzrə nəzərdə tutulmayan hər hansı bir dəyişikliklər olarsa, onun səbəbləri işçi qrupu ilə müzakirə edilir.

"Bu gün biz eManat layihəsi barəsində danışaraq, ona həm nəzəri, həm də ki praktiki nöqteyi-nəzərdən yanaşdıq. Mən, öz tərəfimdən bu layihəni uğurlu hesab edirəm, belə ki, hazırda bu tip layihənin yenidən işlənib hazırlanması üzrə digər banklardan da təkliflər almışıq. Layihənin idarə edilməsi zamanı, mən bir layihə meneceri kimi IPMA standartlarından və onun idarəetmə metodlarından istifadə edərək bir lider kimi komandanı ruhlandırmağa çalışdım. Düşünürəm ki, əsl lider dəqiq olaraq bilir və real olaraq başa düşür ki, hara və nəyə doğru gedir - belə ki, bu ona digər insanları – davamçılarını öz arxasınca aparmağa şövq edir.", - deyə Əli Əliyev qeyd etdi.

Müzakirələr əsasən layihə üzrə qarşıya çıxan risklərdən davam etdi. İştirakçı olan Cəsarət ƏhədovMəmməd Rzayev qeyd edərək bildirdilər ki, layihədə gözlənilmədən risklər meydana çıxa bilər və onları hər zaman nəzərdə saxlamaq lazımdır. Bəzi risklər vardır ki, onlar irəlicədən planlaşdırılır və onun müdafiəsi üçün hər bir hazırlıq vardır, bəzən isə elə risklər vardır ki, onlara irəlicədən baxılmamışdır və fövqaladə hallrda onların öhdəsindən gəlmək üçün heç bir hazırlıq olmur. Murad Bağırzadə isə qeyd edərək bildirdi ki, bütün bunlardan qaçmaq üçün hazırlıq və planlaşdırmanın ilkin mərhələlərində potensial riskləri müəyyənləşdirmək, onları qruplaşdırmaq və qiymətləndirmək çox mühüm əhəmiyyət kəsb edir.

Tədbirin sonunda IPMA sertifikatlaşdırma proqramının yeni məzununa sertifikat təqdimatı keçirildi. “ATEF” şirkətinin layihə meneceri Cəsarət Əhədov IPMA level B-Sertifikatlaşdırılmış aparıcı layihə meneceri beynəlxalq sertifikatı ilə təltif edildi. IPMA sertifikatı bütün dünyada tanınır və http://ipma.ch beynəlxalq reyestrdə qeydiyyatdan keçir.

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***
AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 300-dən artıq peşəkar, dünya üzrə isə 220.000 nəfər IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi

Foto

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.