az en  ru 

Yeni ilə yeni biliklərlə addımlayın

Yeni ilə yeni biliklərlə addımlayın
6 Yanvar 2017

Layihə-hər bir fəaliyyət növü kimi idarəetməyə ehtiyac duyur ki, məhz bu səbəbdən də layihələrin idarə edilməsi üzrə beynəlxalq standartlar işlənib hazırlanmışdır. IPMA sertifikatlşdırma proqramı – məhdud resurlardan istifadə etməklə layihələrin idarə edilməsində zəruri hesab olunan təcrübə və bacarıqların vahid birləşməsini təşkil edir. Bu standartlara əsasən, layihə meneceri idarəetmənin üç istiqamətdən ibarət olmasını mütləq bilməldir: texniki, davranış və kontekstual.

Layihələrin idarə edilməsi Azərbaycan Assosiasiyası 23 yanvar tarixindən etibarən IPMA standartlarına əsasən keçirilən “Layihələrin idarə edilməsinin əsasları” təliminə start verir. Təlim iştirakçıları - işlərin kompozisiya strukturu (work breakdown structure), resurslar və xərclər, layihədə necə lider olmalı, layihənin böhran dövrü, eləcə də MS Project proqram təminatının funksiyaları kimi alətlər dəstini öyrənməyə nail ola biləcəklər. Təlim(yüklə) 24 saatı əhatə etməklə, 12 dərs, iş vaxtından sonra axşam 2 saat olmaqla keçirilir.

Bu proqram - gündəlik həyatında layihələr üzərində çalışanlar, eləcə də layihə menecmenti konsepsiyasını başa düşməyə çalışan və layihələr üzrə biliklər əldə edərək, bacarıqlarını mükəməlləşdirməkistəyən yeni mütəxəssislər üçün faydalı olacaqdır. Proqram – layihələrin idarə edilməsi üzrə yeni yanaşmaları öyrənmək, eləcə də əldə edilən təcrübəni qiymətləndirmək və ondan nəticə çıxararaq öz səhvlərini görə bilmək üzrə kömək olacaqdır.

Təlim nəticəsində Siz:

  • Layihələrin idarə edilməsi üzrə biliklərinizi SİSTEMLƏŞDİRƏCƏKSİNİZ.
  • Layihələrin idarə edilməsi üzrə alət və texnologiyaların tətbiq edilməsi biliklərinizi MÖHKƏMLƏNDİRƏCƏKSİNİZ.

Bütün iştirakçılar təlimdən IPMA-nın 4-dərəcəli sistemi əsasında beynəlxalq sertifikatlaşdırma imtahanından keçə biləcəklər:

“D” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis

“C” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış layihə meneceri

“B” dərəcəsi - layihələrin idarə edilməsi üzrə aparıcı layihə meneceri

“A” dərəcəsi – sertifikatlaşdırılmış layihələr direktoru

"С” və daha yüksək dərəcələr layihə hesabatı yazır və asessorlar ilə müsahibədən keçirlər. Bütün məzunlar İsveçrədə rəsmi saytda qeydiyyatdan keçən IPMA-nın beynəlxalq sertifikatını əldə edirlər. Proqramı IPMA-nın beynəlxalq sertifikatlaşdırma üzrə Azərbaycanda rəsmi orqanı Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası(AzPMA) üzvlük keçirir.

İştirak üçün 18 yanvar tarixinədək qeydiyyatdan keçməyə tələsin: info@ipma.az, tel.: +99-412-404-18-60, mob.: +99 455 511 95 98

DİQQƏT! 16 aynvar tarixinədək qeydiyyatdan keçən namizədlər 10% güzəşt əldə edəcəklər.


Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 242 peşəkar, dünya üzrə isə 220.000 nəfər IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləs.

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.