az en  ru 

AzPMA və Qərb Universiteti layihələrin idarə edilməsi üzrə təlimin keçirilməsi ilə bağlı qarşılıqlı əməkdaşlıq sazişi imzaladılar

AzPMA və Qərb Universiteti layihələrin idarə edilməsi üzrə təlimin keçirilməsi ilə bağlı qarşılıqlı əməkdaşlıq sazişi imzaladılar
13 Fevral 2017

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) və Qərb Universiteti - tələbələrin və gənc mütəxəssislərin layihələrin idarə edilməsi sahəsində kvalifikasiyasının artırılması üzrə IPMA beynəlxalq standartların təlimi ilə bağlı qarşılıqlı əməkdaşlıq sazişi imzalamışdır.

Təlimin keçirilməsi məqsədi – layihələrin idarə edilməsi üzrə beynəlxalq standartların təbliğatı, layihələrin idarə edilməsi sahəsi üzrə ən yaxşı təcrübələr ilə bölüşülməsi, bu sahə üzrə bilik və kompetensiyaların artırılmasıdır.

Təlim zamanı 15 magistr iştirak edərək, layihəni necə düzgün tərtib etmək, layihənin məqsədini (missiyasını) dəqiq müəyyən etmək, yüksək nəticələr əldə etmək üçün layihə iştirakçıları hansı tədbirləri həyata keçirilməlidir, hansı göstəricilər layihənin qarşıya qoyulan məqsədlərinə cavab verməsini müəyyən edə bilər, nəticələrin say və keyfiyyət cəhətdən hansı ölçülmə üsulları mövcuddur və s. haqda bilik əldə etmişdilər. Layihənin müvəffəqiyyəti üzrə hazırlıq prosesi və onun həyata keçirilməsi mövzusuna da yaxından toxunulmuşdur.

Təlimdə IPMA standartlarının keçirilməsi üzrə konsultantımız IPMA Level D, 10 ildən artıq təcrübəyə malik layihə idarəedicisi Elvin Axundov olmuşdur.

Sonda təlim işləri üzrə menecer Fatimə Axundova beynəlxalq sertifikatlaşdırma imtahanı və onun mərhələli prosesi üzrə təqdimat ilə çıxış edərək, IPMA-nın 4-dərəcəli sertifikasiyası barədə məlumat verdi. İştirakçılar ilə aparılan sorğuya əsasən, təlimin keçirilməsi çox yüksək səviyyədə qiymətləndirilmiş və əldə edilən biliklərin səmərəli olması barədə nəticəyə gəlinmişdir.

Ən sonda Qərb Universitetinin xarici əlaqələr üzrə mütəxəssisi Günay Mustafayeva və AzPMA-nın təlim işləri üzrə meneceri Fatimə Axundova bütün iştirakçılara sertifikat təqdim etdilər.


Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 242 peşəkar, dünya üzrə isə 220.000 nəfər IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləs.

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.