az en  ru 

Layihələrinizi IPMA beynəlxalq standartları ilə idarə edin

Layihələrinizi IPMA beynəlxalq standartları ilə idarə edin
22 Fevral 2017

Bütün dünyada layihələrin idarə edilməsi üzrə böyük bir təcrübənin tətbiqi həyata keçirilməkdədir. Belə ki, layihələrin idarə edilməsi üzrə IPMA standartları dünyanın bütün iri şirkətlərində tətbiq olunur. Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası ətrafına 60 ölkəni birləşdirir. Azərbaycanda isə bu standartların təşviqi Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası - AzPMA tərəfindən həyata keçirilir.

Layihələrin idarə edilməsi üzrə IPMA standartları – texniki, davranış və kontekstual elementləri əhatə edərək, layihənin məqsəd və müvəffəqiyyət meyarlarını, iş həcmini, resurs, keyfiyyət və riskləri müəyyənləşdirir.

İstənilən biznes sahəsində layihələri uğurla həyata keçirmək və bütün prosesləri idarə etmək üçün Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının (AzPMA) layihə menecerləri, şirkət rəhbərləri, layihələrdə iştirak edən funksional bölmə rəhbərləri, layihə rəhbərləri və onların komandasının üzvləri, layihə ofisi mütəxəssisləri, aparıcı texniki mütəxəssislər üçün IPMA-nın beynəlxalq sertifikatlaşdırma sisteminə əsasən kvalifikasiyalarının artırılması üçün təlimə dəvət edir.

Təlim iştirakçıları - işlərin kompozisiya strukturu (work breakdown structure), resurslar və xərclər, layihədə necə lider olmalı, layihənin böhran dövrü, eləcə də MS Project proqram təminatının funksiyaları kimi alətlər dəstini öyrənməyə nail ola biləcəklər.

Təlimə 06 Mart tarixindən start veriləcəkdir və 12 dərs olmaqla, ümumilikdə 24 saat keçiriləcəkdir. Proqramı bitirdikdən sonra məzunlar bütün dünya tərəfindən tanınan layihələrin idarə edilməsi sahəsində bilik və təcrübəsinin təsdiqlənməsi üzrə 4 beynəlxalq dərəcədən ibarət (IPMA 4-L-C) və İsveçrədə IPMA-nın rəsmi saytında qeydiyyatdan keçən Beynəlxalq Sertifikata yiyələnəcəklər:

“D” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis

“C” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış layihə meneceri

“B” dərəcəsi - layihələrin idarə edilməsi üzrə aparıcı layihə meneceri

“A” dərəcəsi – sertifikatlaşdırılmış layihələr direktoru.

Təlimin proqramı haqqında daha ətraflı məlumata Buradan baxa bilərsiniz.

Qeydiyyat üçün müraciətlər 01 Mart tarixinədək qəbul edilir: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98

DİQQƏT: 28 fevral tarixinədək qeydiyyatdan keçən iştirakçılara 10% güzəştli sistem tətbiq ediləcəkdir.



Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 242 peşəkar, dünya üzrə isə 220.000 nəfər IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləs.

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.