az en  ru 

IPMA beynəlxalq sertifikatı əldə etməklə uğurlu layihələrinizə daha bir addım yaxınlaşın

IPMA beynəlxalq sertifikatı əldə etməklə uğurlu layihələrinizə daha bir addım yaxınlaşın
12 Aprel 2017

“Layihələrin idarə edilməsinin əsasları” təlimi istənilən layihədə istənilən komanda ilə, istənilən şirkətdə uğurlu işin həyata keçirilməsi üçün zəruri olan layihə menecmenti üzrə fundamental bilik və praktiki bacarıqların əldə edilməsi üçün xüsusi olaraq yaradılmışdır.

Təlimin məqsədi — layihə menecerləri, yeni və eləcə də təcrübəli mütəxəssislərə gündəlik işdə istifadə oluna biləcək layihələrin idarə edilməsi sahəsi üzrə bilik və praktiki bacarıqların öyrədilməsini təmin edir. Təlimin strukturu layihənin həyat dövrünə uyğundur. Təlim layihələrin idarə edilməsi üzrə ilkin konsepsiyalar, eləcə də, layihənin təşəbbüsü, planlaşdırılması, icrda edilməsi və bağlanması kimi mövzuları açacaqdır. Təlim iştirakçıları layihə məzmununun müəyyən edilməsi, layihə planının yaradılması, layihənin işlənib hazırlanması, büdcəyə nəzarət edilməsi üçün zəruri hesab edilən layihələrin idarə edilməsi sahəsi üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. Təlim mühazirə, müzakirələr, iştirakçılar komandası tərəfindən yerinə yetirilən qrup və individual formada keçirilən çalışmalar və praktiki tapşırıqlardan ibarət olacaqdır.

Təlim poqramı ilə Buradan tanış ola bilərsiniz.

Təlimçilər:Fərid Nadirov, İlham Yusifli

Təlim layihələrin idarə edilməsi üzrə peşəkar sertifikatlaşdırma və resertifikatlaşdırmadan keçmək istəyən mütəxəssislər üçün tam uyğundur və layihələrin idarə edilməsi üzrə 24 saatlıq təlim proqramını (PDU) təşkil edir. Təlim rus dilində keçirilməklə, 01 May tarixindən etibarən başlayacaqdır. Proqramı bitirdikdən sonra məzunlar bütün dünya tərəfindən tanınan layihələrin idarə edilməsi sahəsində bilik və təcrübəsinin təsdiqlənməsi üzrə 4 beynəlxalq dərəcədən ibarət (IPMA 4-L-C) və İsveçrədə IPMA-nın rəsmi saytında qeydiyyatdan keçən Beynəlxalq Sertifikata yiyələnəcəklər:

“D” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis

“C” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış layihə meneceri

“B” dərəcəsi - layihələrin idarə edilməsi üzrə aparıcı layihə meneceri

“A” dərəcəsi – sertifikatlaşdırılmış layihələr direktoru.

Qeydiyyat üçün müraciətlər 27 Aprel tarixinədək qəbul edilir: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98

DİQQƏT: 21 aprel tarixinədək qeydiyyatdan keçən iştirakçılara 10% güzəştli sistem tətbiq ediləcəkdir.



Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 246 peşəkar, dünya üzrə isə 220.000 nəfər IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləs.

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.