az en  ru 

Podratçıların seçimi və effektiv əlaqələrin yaradılması: layihə menecerləri klubunun nəticələri

Podratçıların seçimi və effektiv əlaqələrin yaradılması: layihə menecerləri klubunun nəticələri
27 Aprel 2017

21 aprel tarixində Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə “Podratçıların seçimi və effektiv əlaqələrin yaradılması” mövzusunda layihə menecerlərinin klub görüşü keçirilmişdir.

Görüşü Assosiasiyanın prezidenti İqbal Babayev açaraq, bu günün gənclərində layihə menecmentinə olan maraq və bu maraqların inkişaf etdirilməsindən söhbət açdı: “Bu gün layihələrin idarə edilməsi peşəsi karyeranın inkişafı sahəsində ən perspektivli istiqamətlərdən biridir. Dünyada iqtisadiyyatın sürətlə inkişaf etdiyi dövrdə bütün müəssisə və təşkilatlatlarda müxtəlif sahələr üzrə rəqabətlilik artmaq üzrədir ki, burada layihələrin idarə edilməsi üzrə texnologiyaların tətbiqi mühüm rol oynayır. Təşkilatın uğuruna gedən yol kompetensiyalı layihə menecerinin həyata keçiridiyi uğurlu innovasiyalarla sıx əlaqəlidir. ” Həmçinin, qeyd olundu ki, bu tip görüşlərin keçirilməsində əsas məqsəd layihələrin peşəkar səviyyədə həyata keçirilməsində təcrübə mübadiləsinin aparılması və beynəlxalq standartlarla cəlb olunmasıdır. 

Çıxışından sonra Assosiasiyanın prezidenti İqbal Babayev sertifikatlaşdırma proqramının yeni məzunlarına sertifikatların təqdimatını etmişdir.

Daha sonra isə görüşün məruzəçisi AzPMA-nın məzunu IPMA Level B – Sertifikatlaşdırılmış Aparıcı Layihə Meneceri, ATEF şirkətlər qrupunun Əlaqələr və İcazələr üzrə meneceri Cəsarət Əhədovun təqdimatı iştirakçılara təqdim edilmişdir. O, Azərbaycan Dəmir Yolları QSC-nin “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi” layihəsinin həyata keçirilməsində idarəedici rol oynamışdır. Cəsarət Əhədov öz təcrübəsi ilə bölüşərək, tenderin keçirilməsində gərəkli olan müvafiq tədbirlər, iddiaçıların prekvalifikasiyası, sifarişçinin tələbləri barədə geniş məlumat verdi.

"Bu layihədə podratçılarla görülən iş zamanı risklərin aradan qaldırılması mühüm rol oynayırdı. Belə ki, Tender zəmanəti və İstehsalçı zəmanəti formaları ilə görülən işlərə və alınan mallara tam zəmanət ilə yanaşa bilinmişdi. Layihənin büdcəsinə gəldikdə isə, burada devalivasiyanın faiz dərəcəsi və digər xüsusiyyətlər tam olaraq nəzərə alına bilmədiyindən bir sıra problemli məsələlərin ortaya çıxmasına səbəb olmuşdur. Cari layihədə podratçı şirkətlərin seçimi prosesi o qədər asan başa gəlməmişdir, müraciət edən 11 iddiaçıdan 4 seçilərək, layihə üzrə prekvalifikasiya mərhələsinin hesabatının hazırlanması və təsdiq olunmasında öz əksini tapmışdır. Həyata keçirdiyimiz bu layihədə podratçılarla görülən işi, onların seçimi prsosesini uğurlu hesab etmək olar, belə ki, əsas məqsədimiz olan – gözlənilən nəticələrə nail olmaq üzrə müvəffəqiyyət əldə edə bilmişdik.” - deyə Cəsarət Əhədov qeyd etdi. 

Görüş zamanı müzakirələr əsasən podratçıların qiymətləndirmə və ixtisas meyarları üzrə aparıldı. İştirakçılar daha çox bu prosesin aparılması ilə maraqlanaraq, gələcək planlar ilə bağlı suallar verdilər. . 

Tədbirin sonunda IPMA sertifikatlaşdırma proqramını uğurla bitirən beynəlxalq menecerlər ilə dostluq fotoları çəkildi. Beynəlxalq sertifikatlaşdırma proqramını bitirən menecerlər:

Üzeyir Topçibaşev – IPMA Level B – ATL Infotech şirkəti, director

Samirə Qafarova – IPMA Level B – ATL Consulting şirkəti, marketinq meneceri

Razim Məmmədov – IPMA Level B – Akkord Prefabrik MMC, Direktor.

Vüsal Fətullayev – IPMA Level B – Akkord Prefabrik MMC, Aparıcı Maliyyə Mütəxəssisi.

Məmməd Rzayev – IPMA Level C – ATEF Şirkətlər qrupu, Layihə rəhbəri.

Əli Əbilov– IPMA Level C – Azərbaycan Respublikası Dövlət Neft Fondu, İqtisadçı. 

Qeyd edək ki, IPMA sertifikatı bütün dünyada tanınır və http://ipma.ch beynəlxalq reyestrdə qeydiyyatdan keçir.

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.