az en  ru 

IPMA standartları ilə Layihələrin idarə edilməsi biliklərinizi mükəmməlləşdirin!

IPMA standartları ilə Layihələrin idarə edilməsi biliklərinizi mükəmməlləşdirin!
24 May 2017

Layihə-hər bir fəaliyyət növü kimi idarəetməyə ehtiyac duyur ki, məhz bu səbəbdən də layihələrin idarə edilməsi üzrə beynəlxalq standartlar işlənib hazırlanmışdır. Belə ki, layihələrin idarə edilməsi üzrə IPMA standartları dünyanın bütün iri şirkətlərində tətbiq olunur. İstənilən sahə üzrə layihələri effektiv idarə etmək üçün IPMA beynəlxalq nəzəriyyəsi əsasında 1 ay müddətində təlimlənərək bilik əldə etmək mümkündür. Azərbaycanda bu standartların təşviqi Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası - AzPMA tərəfindən həyata keçirilir.

Layihələrin idarə edilməsi Azərbaycan Assosiasiyası 02 iyun tarixindən etibarən IPMA standartlarına əsasən keçirilən “Layihələrin idarə edilməsinin əsasları” təliminə start verir. Təlim Azərbaycan Rus dilində olmaqla 2 qrupla keçiriləcəkdir.

Təlimdə layihə menecerləri, şirkət rəhbərləri, layihələrdə iştirak edən funksional bölmə rəhbərləri, layihə rəhbərləri və onların komandasının üzvləri, layihə ofisi mütəxəssisləri, aparıcı texniki mütəxəssislər kvalifikasiyalarının artırılması üçün iştirak edə bilər.

"Layihələrin idarə edilməsinin əsasları” üzrə təlim layihə menecerinin əsas kompetensiyalarına malik olmaq üçün imkan yaradacaq, əsas sənədlər olan: layihə nizamnaməsi, iş strukturu, vaxtın, risklərin idarə edilməsi, marağı olan tərəflər haqda məlumatlar və s. haqda öyrədəcəkdir. Siz eləcə də, liderlik, özünü-idarəetmə, motivasiya, danışıqların aparılması, münaqişələr, böhranlar və s. üzrə şəxsi xarakteristikalar haqda məlumaat əldə edəcəksiniz. Microsoft Project proqram təminatının öyrənilməsinə də ayrıca məşğələ həsr ediləcəkdir.

Təlim 24 saat müddətində, hər dərs 2 saat olmaqla, 12 dərsdən ibarət olacaqdır.

Proqramı bitirdikdən sonra məzunlar bütün dünya tərəfindən tanınan layihələrin idarə edilməsi sahəsində bilik və təcrübəsinin təsdiqlənməsi üzrə 4 beynəlxalq dərəcədən ibarət (IPMA 4-L-C) və İsveçrədə IPMA-nın rəsmi saytında qeydiyyatdan keçən Beynəlxalq Sertifikata yiyələnəcəklər:

“D” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis

“C” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış layihə meneceri

“B” dərəcəsi - layihələrin idarə edilməsi üzrə aparıcı layihə meneceri

“A” dərəcəsi – sertifikatlaşdırılmış layihələr direktoru

Təlim proqramları haqqında daha ətraflı məlumata Buradan (In Russian, In Azerbaijani) baxa bilərsiniz.

Qeydiyyat üçün müraciətlər 29 May tarixinədək qəbul edilir: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98

DİQQƏT: 26 May tarixinədək qeydiyyatdan keçən iştirakçılara 10% güzəştli sistem tətbiq ediləcəkdir.


Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 246 peşəkar, dünya üzrə isə 220.000 nəfər IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləs.

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.