az en  ru 

Sertifikatlaşdırılmış layihə menecerlərinə sertifikatlar təqdim edildi

Sertifikatlaşdırılmış layihə menecerlərinə sertifikatlar təqdim edildi
10 Oktyabr 2017

29 sentyabr tarixində Layihələrin idarə olunması və innovasiyalar Mərkəzində IPMA-nın beynəlxalq sertifikatlaşdırma proqramını uğurla başa vuran layihə menecerləri və mütəxəssislərə sertifikatların təntənəli təqdimetmə mərasimi keçirilmişdir.

IPMA beynəlxalq sertifikatı menecerlərə layihələrin idarə edilməsi sahəsi üzrə bilik və bacarıqlarını təsdiq etmək imkanını yaradır. Görüşdə AzPMA-nın Prezidenti, IPMA level A, IPMA-nın birinci asessoru, professor İqbal Babayev məzunları bütün prosedurlardan müvəffəqiyyətlə keçməsi və beynəlxalq sertifikat alması münasibətilə təbrik edərək gələcək karyeralarında uğurlar arzuladı.

AzPMA Azərbaycanda IPMA-nın rəsmi nümayəndəliyidir və dünyanın 68 ölkəsi tərəfindən tanınan IPMA beynəlxalq sertifikatını vermək hüququna malikdir. IPMA beynəlxalq sertifikatı layihələrin idarə edilməsi sahəsində ən yaxşı dünya təcrübələrinə istiqamətlənərək təcrübədə istifadə edilən kompetensiyalar üzrə layihə menecerlərinin biliklərini təsdiq edir.

IPMA-nın beynəlxalq sertifikatını alan menecerlər:

  • Akşin Rəhimov, “Caspian Marine Services” MMC, Kommersiya və hüquq üzrə menecer – IPMA Level C.

  • Səbinə Əliyeva, “Caspian Marine Services” MMC, İnsan resursları/Treninq/İnzibati xidmətlər üzrə menecer - İPMA Level B.

  • Samir Bəşirov, AEM Group LLC, Mexanika üzrə mühəndis, Layihə meneceri - İPMA Level D.

  • Rəhman İsmayilov, ATL İnfoTech şirkəti, Layihə meneceri - İPMA Level D

  • Leyla Hümmətbəyli, Caspian Service Construction, Progress Construction - İPMA Level D

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 250 peşəkar, dünya üzrə isə 220.000 nəfər IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi.




Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.