az en  ru 

İPMA beynəxalq layihə menecmenti təlimi

İPMA beynəxalq layihə menecmenti təlimi
14 Noyabr 2017
Layihənin kvalifikasiyalı idarə edilməsi menecerdən dərin peşəkar biliklər və təcrübə tələb edir. Əgər layihələrin peşəkar idarə edilməsindən söhbət gedirsə, bu zaman ilk növbədə layihələrin həyata keçirilməsi texnologiyalarının mütləq olmasından danışılmalıdır. Bu aspektə vaxtın, büdcənin, risklərin, podratçıların, kommunikasiya və insan resurslarının idarə edilməsini aid edə bilərik ki, AzPMA məhz bu standartlar üzərindən layihə menecerlərinə bilikləri aşılayır.

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) bütün dünya üzrə qəbul edilmiş beynəlxalq standartlar əsasında layihələrin düzgün idarə edilməsi, uğursuzluq meyarlarının aşkar edilməsi, risklərin müəyyənləşdirilməsi və qarşısının alınması, büdcəyə nəzarət edərək resurslardan düzgün istifadə edilməsi, münaqişəli məsələlərin yoluna qoyulması və s. bu kimi alətlər üzərindən keçirilən TƏLİM PROQRAMINI təqdim edir.

Təlimdən sonra iştirakçılar beynəlxalq sertifikatlaşdırma proqramı üzrə imtahandan keçərək öz kompetensiyalarını təsdiqləyir və bütün dünyada tanınan BEYNƏLXALQ SERTİFİKAT əldə edərək standartlara yiyələnmiş olur:

“D” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis
“C” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış layihə meneceri
“B” dərəcəsi - layihələrin idarə edilməsi üzrə aparıcı layihə meneceri
“A” dərəcəsi – sertifikatlaşdırılmış layihələr direktoru

Təlimlər Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (IPMA) International Competence Baseline kitabındakı beynəlxalq standartlara əsasən azərbaycan, rus və ingilis dillərində keçirilir və 3 istiqaməti bölünür: texniki elementlər, davranış elementləri və kontekstual elementlər.
Beynəlxalq standartlar əsasında keçirilən bu kompetensiyalar ilə http://ipma.az/certification/certify-individuals/competences/ linkindən tanış ola bilərsiniz.
IPMA beynəlxalq sertifikatlaşdırma proqramının üstünlükləri:

ŞİRKƏT ÜÇÜN:
- Əmək bazarında layihələrin idarə ediməsi üzrə kvalifikasiyalı layihə menecerlərinə malik olmaq;
- Layihələrin kvalifikasiyalı mühitdə idarə edilməsi üzrə peşəkar sahənin yaradılması
- Şirkətdə layihə menecerlərinin karyera inkişafını vizuallaşdırılması
- Layihələrin idarə edilməsi, eləcə də layihə komandasının yığılması prosesinin peşəkar tərəfindən icra edilməsi və əmin əllərdə olmasını təmin etmək
- Layihələrin idarə edilməsi üzrə beynəlxalq təcrübə əldə edilməsi və beynəlxalq layihələrdə iştirak etmək imkanı

LAYİHƏ MENECERİ ÜÇÜN:
- Layihələri dünya səviyyəsində idarə etmək bacarığı
- Layihələrin idarə edilməsi üzrə kompetensiyaların - bilik, davranış və təcrübənin sənədləşdirilməsi
- Kompetensiyanın artırılması – sertifikatlaşdırma proqramında iştirak səmərəli təlim prosesini təmin edir
- Sertifikatlaşdırma dərəcələri üzrə mərhələlərdən keçməklə layihə meneceri kimi şəxsi fərdin inkişaf edilməsi
- Kompetensiyaların təsdiqi üzrə layihələrin idarə edilməsi sahəsində rəy məktubunun əldə edilməsi
- Beynəlxalq layihə menecerləri ilə bilik mübadiləsi

Bizə yazaraq, Təlim Qrafikini əldə edə bilərsiniz: info@ipma.az

Qeydiyyat üçün müraciətlər 23 Noyabr tarixinədək qəbul edilir: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98
Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.