az en  ru 

Beynəlxalq Dünya Layihə Menecerləri sırasına siz də qoşulun!

Beynəlxalq Dünya Layihə Menecerləri sırasına siz də qoşulun!
9 Mart 2018

Təcrübə göstərir ki, layihələrin idarə edilməsi üzrə müasir texnologiyaların daimi tətbiqi layihənin icrası üçün ayrılan vasitələrə 20% qənaət edir. Bu qənaət əsasən biznesin stabil inkişafında özünü büruzə verir, böhran vaxtlarında isə çox mühüm hesab olunur.

AzPMA layihələrin idarə edilməsi üzrə beynəlxalq standartlar əsasında TƏLİM proqramı həyata keçirir. Təlim 3 hissədən ibarətdir: birinci hissə daha çox layihələrin idarə edilməsinin bazası hesab edilərək, layihədə risklərin qiymətləndirilməsi, layihə strukturunun qurulması, xərclərə qənaət, resursların idarə edilməsi və s. bu kimi elementlərin öyrənilməsinə həsr olunmuşdur. İkinci hissədə davranış elementləri olaraq, münaqişələrin aradan qaldırılması, liderliyin əldə olunması, gərginliyin azaldılması kimi mövzuları əhatə edir. Üçüncü hissədə isə əsasən layihə, proqram və portfel yönümlü idarəetmə barədə məlumatlar əldə edə biləcəksiniz.

Təlimdə Siz project management üzrə beynəlxalq standartlar barədə məlumat etməklə yanaşı, Azərbaycanda həyata keçirilən layihələri bu standartlar əsasında idarə etməyi öyrənəksiz. Belə ki, təlimlər daha çox praktiki xarakter daşıyır. Təqdim etdiyimiz təlim kursunun effektivlik formulası 20-30% – nəzəriyyə, 70% - praktiki hissədir. Keçirilən nəzəriyyə əsasında iştirakçılar təlimçi ilə birgə keyslər və tapşırıqlar həyata keçirirlər.

Təlimdən sonra hər bir iştirakçı IPMA standartları əsasında keçirilən 4-dərəcəli beynəlxalq sertifikatlaşdırma imtahanından keçə biləcəkdir:

IPMA “D” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis
IPMA “C” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış layihə meneceri
IPMA “B” dərəcəsi - layihələrin idarə edilməsi üzrə aparıcı layihə meneceri
IPMA “A” dərəcəsi – sertifikatlaşdırılmış layihələr direktoru

Bütün sertifikat alan menecerlərin adı İsveçrədə IPMA-nın beynəlxalq reyestrində qeydiyyatdan keçəcəkdir.

DİQQƏT! Qeydiyyatdan keçmək üçün tələsin! 19 mart tarixinədək qeydiyyatdan keçənlərə sertifikatlaşdırma proqramı üzrə 10% güzəşt olacaqdır!

Təlim proqramı haqqında daha ətraflı məlumatı bizə yazaraq əldə edə bilərsiniz. 

Qeydiyyat üçün müraciətlər 30 mart tarixinədək qəbul edilir: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 264 peşəkar, dünya üzrə isə 220.000 nəfərdən artıq IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədrisüzvlük klubunda təcrübə mübadiləs.

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.