az en  ru 

AzPMA-da layihə menecerləri üçün yeni kitabın təqdimatı keçirildi

AzPMA-da layihə menecerləri üçün yeni kitabın təqdimatı keçirildi
22 Sentyabr 2015

AzPMA-da layihə menecerləri üçün yeni kitabın təqdimatı keçirildi

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasında (AzPMA) layihə menecerləri üçün "Layihə menecerinin yol xəritəsi” adlı kitabın təqdimatı keçirilmişdir. Kitabın müəllifi professor, texniki elmlər doktoru, AzPMA-nın prezidenti, IPMA-nın birinci asessoru İqbal Babayevdir.

"Bu gün dünyada layihələrin idarə edilməsi trend hesab edilməyə başlayır. Belə ki, iş vakansiyalarında məhdud zaman ərzində gözlənilən nəticələri əldə edə biləcək peşəkarlar tələb olunur. Belə menecer olmaq üçün məlumatları "Layihə menecerinin yol xəritəsi” kitabından əldə edə bilərsiniz. Bu gün bu kitabın təqdimatının keçirilməsi çox böyük məna kəsb edir, belə ki, bu kitabda beynəlxalq standartlar haqda, eləcə də, sertifikatlaşma proqramından keçərək beynəlxalq layihə meneceri olmaq üzrə məlumatlar vardır.”, - İqbal Babayev "Layihələrin idarə edilməsi: gələcəyi öyrənirik” mühazirəsində qeyd etdi.

Açıq qapı gününün qonaqları IPMA-nın 4-dərəcəli Beynəlxalq Sertifikatlaşdırması ilə layihə menecmenti sahəsində karyeranı qurmaq haqda məlumatlat əldə etdilər. Tədbirdə bu proqram üzrə məzunların təltif olunması mərasimi keçirildi: Roza Butayeva, SINAM şirkətinin proqram məhsullarının hazırlanması departamentinin rəhbəri IPMA level "B” – Aparıcı layihə meneceri sertifikatını; Elxan Əliyev, Azərbaycan Neft Fondu IT Departamentinin rəhbəri IPMA level "D”- Layihələrin idarə edilməsi üzrə mütəxəssis sertifikatını; eləcə də, Aygün Seyidova, Norbert Schaller nümayəndəliyində ofis menecer IPMA level "D”- Layihələrin idarə edilməsi üzrə mütəxəssis sertifikatını əldə etdilər. Artıq dünyada 220 000-dən çox məzun vardır ki, onlardan 225-dən çoxu Azərbaycan peşəkarlarıdır.


"Bu yarımildə yerli peşəkar təlimçilər və xarici tanınmış mütəfəkkirlər ilə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Ümid edirik ki, təhsilinizin artırılmasında Sizə daha maraqlı olacaq və karyeraınızın inkişafında kömək edə biləcəyik. Qapılarımız hər zaman üzünüzə açıqdır.»-AzPMA_nın icrçı direktoru, IPMA level "C” Aleksandra Voloşuk qeyd etdi.

Kitabın nəşri üzrə sponsor ATL Group şirkəti olmuşdur.

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.